Mustafa Bey Qabulov - Wikipedia
Mustafa bəy Qabul oğlu Qabulov — Bakı şəhərinin polismeystri.
Mustafa bəy Qabulov | |
---|---|
Mustafa bəy Qabul oğlu Qabulov | |
10 aprel 1920 – 27 aprel 1920 | |
Əvvəlki | Rüstəm bəy Mirzəyev |
24 yanvar 1920 – 10 aprel 1920 | |
Sonrakı | Rüstəm bəy Kərimbəyov |
1919 – 24 yanvar 1920 | |
Sonrakı | Lütvəli bəy Zülqədərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1840 |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 1920 |
Vəfat yeri |
Həyatı
redaktəAzərbaycan Xalq Cümhuriyyəti dövründə o, 1919-cu ildə Cavanşir qəzasının rəisi təyin edilmiş və bu vəzifədə 1920-ci ilin yanvarınadək fəaliyyət göstərmişdi. Daxili işlər naziri Mustafa bəy Vəkilovun 24 yanvar 1920-ci il tarixli 805 nomrəli əmri ilə Mustafa bəy Qabulov tutduğu vəzifəsindən azad olunaraq xidmətdə irəli çəkilmiş və Balaxanı-Sabunçu polismeysteri təyin olunmuşdu. O, 1-ci dərəcə üzrə ayda 3.600 manat məvaciblə bu vəzifədə 1920-ci il aprelin 10-dək işləmişdi. Bakı Möhkəmləndirilmiş rayonun general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasın 7 aprel 1920-ci il tarixli 6966 nömrəli əmri ilə Bakı polismeysteri Rüstəm bəy Mirzəyev tutduğu vəzifəsindən azad olunmuşdu. Daxili işlər naziri Mustafa bəy Vəkilovun 10 aprel 1920-ci il tarixli əmri ilə daha məsul vəzifəyə — Bakı şəhərinin polismeysteri vəzifəsinə təyin edilmiş, bu vəzifədə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək bu vəzifədə çalışmışdır.[1]
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm bəy Mirzəyev bir qrup keçmiş Azərbaycan Cümhuriyyəti DİN-in məmuru sırasında "Müsavat hökumətinə" xidmət etdiyi üçün həbs olunub, bolşevik Əli Bayramovun "işi" üzrə mühakimə olunaraq Azərbaycan SSR Ali inqilabi Tribunalın hökmü ilə 1920-ci il mayın 29-da gecə saat 2-də güllələnmişdi[2]
O sonralar bu haqda belə demişdir:
1920-ci il aprelin 10-da Bakı Dəmir Yolunun Tiflis vağzalında şəxsi vaqonunda məni qəbul edən Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Mustafa bəy Vəkilov mənim yeni vəzifəyə — Bakı şəhərinin polismeysteri vəzifəsinə təyin olunduğumu bildirərək, tapşırdı ki, özbaşınalığına görə polismeyster Rüstəm bəy Mirzəyevi həbs edim. O və yaxın adamları bolşevik Əli Bayramovun oğurlanıb vəhşicəsinə qətlə yetirilməsində müqəssir bilinirdilər. Mən Rüstəm bəy Mirzəyevi və daha 3 nəfər qorodovoyu həbs edib, silahlı konvoyun müşayiəti ilə Bayıl Dustaxxanasına saldırdım. Rüstəm bəy Mirzəyevin yaxın qohumu, 4-cü sahə polisinin pristavı Nurəddin Seyidovun (o, polismeyster Rüstəm bəy Mirzəyevin baçısı oğluydu) və onun müavini Süleyman bəy Sübhanverdixanovun yerlərini dəyişib Balaxanıya göndərdim… |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Şahsevən, İltifat. İSTİQLAL FƏDAİLƏRİ – AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DAXİLİ İŞLƏR NAZİRLƏRİ VƏ SİLAHDAŞLARI. Bakı: Mütərcim. 2013.
- ↑ "Arxivlənmiş surət". 2021-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-02.