Mustafa Berzani - Wikipedia
Mustafa Bərzani (kürd. مەلا مستهفا بارزانی) və ya Molla Mustafa Bərzani[4] (kürd. Mela Mustefa Barzanî; 14 mart 1903[1], Bərzan[d], Mosul vilayəti, Osmanlı imperiyası – 1 mart 1979[1][2], Vaşinqton) — kürd lideri, komandiri və müasir kürd siyasətinin ən görkəmli siyasi xadimlərindən biri. O, 1946-cı ildə İraq rejimlərinə qarşı kürd inqilabına öndərlik etmək üçün Kürdüstan Demokrat Partiyasının (KDP) lideri seçilmişdir. Bərzani 1979-cu ilin martında ölənə qədər kürd inqilabının əsas siyasi və hərbi lideri olmuşdur. O, İraq və İran hökumətlərinə qarşı silahlı mübarizə kampaniyalarına rəhbərlik etmişdir.[5]
Mustafa Bərzani | |
---|---|
kürd. Mela Mistefa yê Barzanî | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 mart 1903[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 mart 1979[1][2] (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Uşağı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general |
Komandanlıq edib | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktəMustafa Bərzani 1903-cü ildə İraq Kürdüstanının Bərzan kəndində anadan olmuşdur. Tayfasının üsyanından sonra o cəmi üç yaşı olanda ailəsi ilə birlikdə həbs olunmuşdur. Bərzaninin atası, babası və bir qardaşı daha sonra digər üsyanlara görə Osmanlı hakimiyyəti tərəfindən edam edilmişdir.[6] Bərzani kiçik yaşlarında böyük qardaşı və tayfa başçısı Əhməd Bərzani tərəfindən Zibardakı kürd başçılarının İraqda ingilislərə qarşı qiyamına qoşulmaq üçün göndərilmişdir.[7]
1931-ci ildə Bərzani hakimiyyətin İraqdakı kürd bölgələrində tayfa hakimiyyətini məhv etmək cəhdlərinə qarşı üsyana rəhbərlik edən Əhməd Bərzaniyə qoşulmuşdur.[8] İraq üsyançı ərazilərə qarşı hava müharibəsi aparan ingilis müttəfiqlərindən kömək almışdır. Hava bombardmanı kütləvi dağıntı və uğursuzluqlarla nəticələndi, Şeyx Əhməd isə 1932-ci ilin iyununda Türkiyə ilə o vaxt mübahisəli olan sərhəddə türk qoşunlarına təslim olmuşdur. Mustafa Bərzani və qardaşı Məhəmməd Sadiq daha bir il döyüşməyə davam etsə də, şeyx Əhməd Mustafa Bərzaninin məsləhəti ilə İraqa təslim olmuşdur.[9] Buna baxmayaraq, o, 1939-cu ildə İraqda ilk kürd siyasi partiyası olan "Həva"nın yaradılmasında iştirak etmişdir.[10]
Məhabad Cümhuriyyəti
redaktəMustafa Bərzani 1943-cü ilə qədər nəzarət altında olmuş, İkinci Dünya müharibəsi səbəbilə Süleymaniyyədə yenidən azad edilmişdir.[11] İraq hökuməti Bərzanini İrana qaçmağa məcbur etmişdir. O, burada SSRİ dəstəyi ilə yaradılmış Məhabad Cümhuriyyətinə dəstək çıxmışdır.[12] Qazı Məhəmmədlə Mustafa Bərzani arasında fikir ayrılıqlarına baxmayaraq, Bərzani qüvvələrinin gəlişi İran kürdlərinin bölgəyə nəzarəti ələ keçirmək imkanlarını artırmışdır.[13]
Azərbaycanda
redaktəMəhabad Cümhuriyyəti süqut etdikdən sonra Bərzani və tərəfdarları Azərbaycan SSR-ə qaçmış, Naxçıvan yaxınlığındakı düşərgəyə yerləşdirilmişdir.[14] SSRİ-yə kömək üçün müraciət etdikdən sonra Bərzani və tərəfdarları Bakı yaxınlığındakı düşərgələrə köçürülmüşdür. Bərzani 1947-ci ilin noyabrında Moskvanın göstərişi ilə kürdlərə kömək etmək əmri alan Azərbaycan Kommunist Partiyasının birinci katibi Mircəfər Bağırovla görüşmüşdür. Onlar burada kürdlərin SSRİ-də nə edə biləcəyini müzakirə etmişdir. Bərzaninin tərəfdarları hərbi alay halında təşkil edilmiş, hərbi taktika və siyasət, eləcə də kürdcə oxuyub yazmağı öyrənmişdir.[15]
1948-ci ildə Bakıda İraq və İran kürdləri bir araya gələrək konfrans keçirmiş və Bərzani burada kürd hərəkatının planını açıqlamışdır. İranı ardınca yenidən SSRİ-dən Bərzani və tərəfdarlarının mühakimə olunmaq üçün təhvil verilməsini tələb etmiş, lakin SSRİ isə bunu rədd etmişdir. Bərzani fikir ayrılıqları və kürd hərəkatına qarşı mövqeyi səbəbindən Bağırovla tez bir zamanda problem yaşayırdı. Bağırov Lavrenti Beriya ilə əlaqəli olduğu üçün bu, ona regional məsələlərdə daha çox səlahiyyət verirdi və bu səbəbdən Bərzani öz tərəfdarlarının Azərbaycandan çıxarılmasını tələb etmişdir.[16]
Qalereya
redaktə-
Mustafa Bərzani Misir Prezidenti Camal Əbdül Nasir ilə birlikdə.
-
Mustafa Bərzani 1958-ci ildə.
-
Mustafa Bərzani Bağdad şəhərində. 1959-cu il.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Mustafa al-Barzani // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Bibliothèque nationale de France Mustafa Barzani // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2018.
- ↑ "Ərbil türkmanlarının Azərbaycan Prezidentinə müraciəti". Diplomat (az.). 18 (5). avqust 2005. səh. 2.
- ↑ Korn, David. "The Last Years of Mustafa Barzani". Middle East Quarterly (ingilis). 1994. 2007-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2022.
- ↑ Lawrence, Quil. Invisible Nation: How the Kurds' quest for Statehood is shaping Iraq and the Middle East (1st U.S.). New York: Walker & Co. 2008. 16. ISBN 978-0-8027-1611-8.
- ↑ Jwaideh, Wadie. The Kurdish National Movement: Its Origins and Development (ingilis). Syracuse University Press. 2006. 154. ISBN 081563093X.
- ↑ The Kurdish Minority Problem, p.11, Dec. 1948, ORE 71-48, CIA "Archived copy". 2012-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-15..
- ↑ David McDowall, 2007, pp. 178-180.
- ↑ Bashkin, Orit. The Other Iraq: Pluralism and Culture in Hashemite Iraq (ingilis). Stanford University Press. 2008-11-20. 183. ISBN 9780804774154.
- ↑ David McDowall, 2007, pp. 290-293.
- ↑ Quil 2008, pp. 17
- ↑ David McDowall, 2007, p. 241.
- ↑ Barzani, Massoud, and Ahmed Ferhadi. Mustafa Barzani and the Kurdish Liberation Movement, 1931–1961. New York: Palgrave Macmillan. 2003. 135. ISBN 978-0-312-29316-1.
- ↑ Barzani 2003, p. 136
- ↑ Barzani 2003, pp. 136–138
Ədəbiyyat
redaktə- Barzani, Massoud, and Ahmed Ferhadi (2004). Mustafa Barzani and the Kurdish Liberation Movement, 1931–1961. New York: Palgrave Macmillan. ISBN 978-0-312-29316-1.
- Lawrence, Quil (2008). Invisible Nation: How the Kurds' Quest for Statehood is Shaping Iraq and the Middle East (1st U.S. ed. ed.). New York: Walker & Co. ISBN 0-8027-1611-3.
- David McDowall. A modern history of the Kurds. London: I.B. Tauris, 2007. ISBN 9781850434160.