Murat Mentes - Wikipedia
Murat Menteş (d. 1974, İstanbul), Türk şair və yazıçıdır.
2009-cu ildə nəşr olunan Korkma Ben Varım adlı romanı, Türkiyə Yazıçılar Birliyi (Türkiye Yazarlar Birliği) tərəfindən roman nominasiyasında mükafata layiq görülmüşdür.
Romançılığı
redaktəMenteş romanı Türkcə ədəbiyyatında çoxca qarşılaşılmayan qeyri-adi hadisələrlə doludur. Və bu qeyri-adi hadisələr, son dərəcə enerjili bir üslubla izah edilir. "Romanı, saatda 300 km. gedə bilən bir idman avtomobili kimi hazırlayıram. İstəyən oxucu yavaş gedə bilər, lakin sürətli oxunmaq üçün əlverişli bir izahatı mənimsəyirəm." — deyən yazıçı üçün sürət, romanın təməl daşlarından biridir. Buna görə də kitablarında uzun təsvirlərə yol verməz. Bu vəziyyəti, "Əvvəllər romançılar bir dağı ya da bir otağı detallı bir şəkildə təsvir edərkən bu gün vizual erada yaşadığımız və hər kəs hər şeyi gördüyü üçün təsvir, romanı kobudlaşdıran bir şeyə çevrilir." — şəklində açıqlayır.
Yazarın "marka"larından (Alametifarika); Nuh Tufan, Hayati Tehlike, Şebnem Şibumi, Nazlı Hilal kimi obraz adlarından isə bu şəkildə bəhs edir: "Biz, mənlik obrazı sürüşmüş bir cəmiyyətik. Diqqət yetirin, sarsaq, dayaz qızların ümumi adı "Kezban" oldu. Aişə, Fatma, Yəhya, Süleyman kimi ənənəvi adlar ilə Çağatay, Tonguç, Tuğçe kimi adlar arasında sinfi aidiyyət çağırışımı fərqi var. Roman qəhrəmanlarımı bu səthi qavrayış və sıradan təsnifdən azad tutmaq üçün orijinal adlar seçməyə çalışıram."
Əsərləri
redaktə- Kuzgunun Gölgesi (şiir, Yediiklim Yayınları, 1999)
- Kaosa Mütevazi Bir Katkı (deneme, Şule Yayınları, 2001)
- Aynalı Barikatlar (deneme, Şule Yayınları, 2003)
- Dublörün Dilemması (roman, İletişim Yayınları, 2005)
- Korkma Ben Varım (roman, İletişim Yayınları, 2009)
- Garanti Karantina (şiir, Sel Yayıncılık, 2010)
- Ruhi Mücerret (roman, April Yayıncılık, 2013)
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |