Mustaid Parki - Wikipedia
Muştaid parkı (gürc. მუშტაიდის ბაღი) — Tbilisidə yerləşən park. David Aqmaşenebeli prospektinin sonunda, Sol sahil, Tsabadze, Mayakovski, Vaxuşti Baqrationi küçələrinin arasında yerləşir.
Muştaid parkı | |
---|---|
მუშთაიდის ბაღი | |
Məlumatlar | |
Ölkə | |
Sahəsi |
|
Yaradılıb | 1830 |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRəvayətə görə, XIX əsrin birinci yarısında bu yerdə fars əsilli Mir Fəttah Ağa Muştaid vaxtsız vəfat etmiş gürcü arvadının xatirəsinə bağ salmışdı. Təxminən 50 hektar ərazisi olan bu torpaqlar Rusiya–Qacar müharibəsi zamanı xidmətlərinə görə Rusiya hökumətindən ona hədiyyə olaraq verilib.
1853-cü ildə bağ şəhər rəhbərliyi tərəfindən satın alınaraq şəhər parkına çevrilib, əvvəlki sahibinin adı verilərək Muştaidi kimi tanınmağa başlanıb. Park yüksək səviyyəli qonaqların qəbulu yeri kimi fəaliyyət göstərib.
1887-ci ildə parkda Nikolay Şavrovun (1858−1915) rəhbərliyi ilə Qafqaz ipəkçilik stansiyası təşkil edilib. Stansiya binası memar Aleksandr Şimkeviçin layihəsi əsasında tikilmişdir.
XIX-XX əsrlərin əvvəllərində park şəhərin ən yaxşısı hesab olunurdu.[1]
Sovet dövründə park Serqo Orconikidzenin adını daşıyırdı. 1935-ci ildə burada SSRİ-də ilk uşaq dəmir yolu çəkildi.[2]
Ədəbiyyat
redaktə- О. Ткешелашвили. Тбилиси. Краткий справочник-путеводитель. Тбилиси: «Сабчота Сакартвело», 1967.
İstinadlar
redaktə- ↑ Григорій Москвичъ Иллюстрированный практическій путеводитель по Кавказу. Одесса, 1899
- ↑ "Детские железные дороги СССР — История и современность". 2006-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-21.