Muganlinskiler - Wikipedia
Muğanlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Muğanlinskilər | |
---|---|
Titul | Bəy |
Mənşəyi | İrəvan, Muğanlı |
Təbəəliyi | İrəvan xanlığı, Rusiya imperiyası |
Torpaqları | Muğanlı |
Soyun yaranması
redaktəİrəvanda və onun əhatə etdiyi ərazilərdə çoxsaylı nəsillər yaşamışdır, onlardan daha məşhur olanı Muğanlinskilər nəsli haqqında:
Muğ-muğan türk tayfalarının adı ilə bağlı olan yerlər əski dövrlərdən başlayaraq müxtəlif ərazilərdə geniş yayılmışdır. Bu yerlərin adı zaman-zaman gah dəyişdirilmiş, gah da hazırkı zəmanəmizə kimi yaşamaqda davam etmişdir. Sonralar Ermənistan adlandırılan qədim Oğuz yurdunun ərazilərində də Muğ tayfalarının adı ilə bağlı yerlər də vardır. Qəmərli rayonundakı Muğanlı və Muğan kəndləri, Kəvər rayonundakı Hacı Muğan, Üç kilsə rayonundakı Muğan kəndi barəsində söhbət açdığımız türk tayfalarının daimi məskən salıb yaşadıqları yerlərdir. Yurd-yuvasına, el-obasına, göz açdığı torpağına sonsuz bir məhəbbətlə bağlı olan insanlar "İrəvani", "Qəmərli" kimi "Muğanlı" nisbəsini də özlərinə təxəllüs götürmüşlər. Lakin rus ordusu İrəvan xanlığını işğal etdikdən və İrəvan quberniyası yarandıqdan sonra "İravanilər" "Erivanskilərə", "Qəmərlilər" "Qəmərlinskilərə" çevrildiyi kimi, "Muğanlılar" "Muğanlinskilərə", "Makulular" "Makinskilərə", "Şadlılar" "Şadlinskilərə" çerçilmişdir. İmperiya siyasəti kimi "ski" təxəllüsü qəbul edənlərin quberniyada vəzifə tutmaq imkanı nisbətən asan idi. Bu cür nisbə götürənlər xalqının, soydaşlarının və həmvətənlilərinin gələcəyini hər şeydən daha çox düşündüyü üçün yalnız vəzifə səlahiyyəti çərçivəsində və ictimaiyyət arasında qazandığı mövqeyində xalqının mənafeyi naminə hamıya şərhinın ehtiyacı olmayan müəyyən məsələlərin saymaz¬yana yoluna qoyulmasında hamıdan çox fəaliyyət göstərən insanlardır. O insanlardan biri də tarixi xidmətləri ilə qollu-budaqlı, həm də çoxsaylı ziyalıları olan böyük bir nəsilin tanınmış marifçi oğlr İbadulla bəy Muğanlinskidir.
İbadulla bəy Muğanlinski İrəvan Müəllimlər Seminariyasının 1901–1902-ci il on səkkizinci buraxılışının məzunudur. Onunla həmin buraxılışda Y.Babayev, A.Sultanov, C.Məmmədov, Ş.Mahmudbəyov, H.Şaxtaxtınski və başqalarının adları yazılmışdır.
Maarifçiliyə xüsusi əhəmiyyət verən İbadulla bəy Muğanlinski İrəvanda açdığı yeni tipli pansionda işlərin təşkilini təmin edir və buranı bacısı Nəcibə xanımın həyat yoldaşı, sonralar görkəmli ədəbiyyatşünas olan Cəlal Məmmədovun atası Cabbar Məhəmmədzadəyə tapşırır, özü isə birdəfəlik İrana köçür. İbadulla bəy bir müddət İranda müxtəlif sahələrdə çalışmış, hətta bir müddət İranda olan rus zabitlərinə dərs demişdir. İ.Muğanlinski 1948-ci ilin avqustunda İranda vəfat etdikdən sonra övladları Vətənə qayıtmışdır.
Muğanlinskilərin nəsil şəcərəsinin bir qolu Abbasəli bəy Muğanlının ailəsi ilə, digər qolu Mehdi bəy Sultanovların ailəsi ilə bağlıdır.
Abbasəli bəy Muğanlınskinin altı övladı olub: Əslidar, Adil, Nurəddin, Fuad, Nəzirə və Zərifə. Onlardan Əslidar və Adil İrəvan gimnaziyasını bitirmiş, Almaniyanın Leypsiq və Berlin şəhərlərində, Nurəddin, Fuad, Nəzirə və Zərifə isə Bakıda, Leninqradda ali təhsil almışdir. Elmlər namizədi və doktorluq dərəcələri olan ixtisaslı mütəxəssis olmaqla hamısı rəhbər vəzifələrdə xalqına xidmər göstərmişlər. Fuadın övladları Arif və Faiq atalarının sənətini davam etdirirlər.
Soyun məşhur nümayəndələri
redaktə- İbadulla bəy Muğanlinski — pedaqoq, İrəvan Müəllimlər Seminariyasının məzunu.
- Adil bəy Ağabababəyov-Muğanlinski — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
- Əsildar bəy Ağabababəyov-Muğanlinski — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
- Əsəd bəy Ağabababəyov-Muğanlinski — hüquqşünas.
- Faiq Muğanlinski — professor.
Mənbə
redaktə- Əsgər Zeynalov, İrəvan ziyalıları,Bakı, 1999.səh.,5,7