Muganli Kurdemir - Wikipedia
Muğanlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Muğanlı kəndi Karrar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Karrar qəsəbəsi mərkəz olmaqla, Karrar qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Muğanlı | |
---|---|
40°19′20″ şm. e. 48°19′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi Cənubi Azərbaycanın Muğanlı kəndindən köçüb gəlmiş mollahəsənli, mehdili və cabbarlı nəsillərinə mənsub ailələr salmışlar. Oykonim türkdilli tayfa olan muğanlıların adı ilə bağlıdır. Muğanlı tayfa adı XVI əsrin əvvəllərindən məlumdur. Sonralar mənbələrdə şahsevənlərin tərkibində müstəqil tayfa kimi qeydə alınmış muğanlılar XIX əsrin əvvəllərində 8 tirədən ibarət olmuşlar. Tayfa vaxtilə Muğan düzündə yaşadığına görə həmin düzün adı ilə tanınmışdır. Azərbaycan ərazisində Muğan adı ilə bağlı 18 yaşayış məntəqəsi mövcuddur.[2]
Tarixi
redaktəCoğrafiyası və iqlimi
redaktəKənd Şirvan düzündə yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 909 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Muğanlı (Kürdəmir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə Kürdəmir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |