Mugan Genceli - Wikipedia
Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Muğan Gəncəli | |
---|---|
39°42′53″ şm. e. 48°57′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar-ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV-XVI əsrlərə aid edilir.[mənbə göstərin]
Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.
Coğrafiyası və iqlimi
redaktəKənd Kür çayı yaxınlığında yerləşir. Kəndin qədim yeri "Bücağ" adlanır (üç tərəfdən çayla əhatə olunduğu üçün). Biraz yeni salınan hissəsi "Bülbülə" adlanır. Çaydaşqınları zamanı Bucağdakı evlər və torpaqlar əkin sahələri tez-tez su altında qalır. Yayı isti, qışı mülayim-soyuq keçir. Ərazisi düzənlikdir və dəniz səviyyəsindən 19 metr aşağıdadır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 1,8 C, iyulda 36,5 C-dir. İllik yağıntı təqribən 300 mm-dir. Əsas çayı Kürdür. Əsasən, boz-çəmən torpaqları yayılmışdır. Yarım-səhra bitkiləri üstünlük təşkil edir. Kür çayı sahilində tuqay meşələri mövcuddur. Muğangəncəli pambıqçılıq, taxılçılıq, heyvandarlıq və bostançılıq kəndidir.[mənbə göstərin]
Əhalisi
redaktəƏhalisi XVIII əsrdə Gəncədən köçənlərdən ibarətdir. Cənubi Azərbaycanlı mənşəlilər də var. İndi yerli əhali sayılır. Özlərinə məxsus şirin ləhçələri var. Qədim, zəhmətkeş qonaqpərvər zarafatçıl camaatı var.[mənbə göstərin]
İqtisadiyyatı
redaktəƏsasən maldarlıq və balıqçılıqla məşğul olan yerli əhali, kənd təsərüffatı və əkinçiliklə də məşğul olur. 1996-cı ilə kimi pambıqçılıqla məşğul idilərsə ,son 20 ildə yonca qarpız, yemiş, taxıl əkirlər. Kəndin əsas problemi yol idi, 2018-ci ildə yol yeniləndi. Elektrik dirəyləri və şəbəkəsi 1954-cü ildən çəkiləndir, əksəriyyəti sıradan çıxıb. Qaz 2016-cı ildən verilir.[mənbə göstərin]
Milli Qəhrəman şəhid Murad Mirzəyev Telman oğlu bu kənddə doğulub.
Şəhidlər
redaktəŞəkil | Soyad.Ad.Ata adı | Doğum tarixi | Ölüm tarixi | Vəfat yeri |
---|---|---|---|---|
Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Murad Telman oğlu |
31 mart 1976 | 2 aprel 2016 | Talış,Tərtər rayonu, Azərbaycan | |
Nağıyev Şaiq Zülfüqar oğlu | 5 may 1975 | 27 iyun 1997 | Qazax Azərbaycan | |
Həsənov Vüqar Telman oğlu (itkin) | 21 aprel 1973 | 6 iyun 1993 | Füzuli Azərbaycan | |
Səfərov Təvəkkül İlyas oğlu | 14 iyul 1956 | 3 sentyabr 1992 | Füzuli Azərbaycan |
İstinadlar
redaktə- ↑ "Sabirabad LAYF Jurnalı ŞƏHİDLƏR ÖLMƏZ Xüsusi buraxılış". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-28.
- ↑ "Azərbaycanın bütövlüyü uğrunda həlak olan, itkin düşən və Azərbaycanın Milli Qəhramanı adına layiq görülən Sabirabadlı döyüşçülər haqqında məlumat". 2020-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-13.
Sabirabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |