Motorlu Piyada - Wikipedia
Motorlu piyada — daşınması motorlu nəqliyyat vasitələri ilə təmin olunan piyada qoşunlarıdır. “Çevik piyada” kimi də tanınırlar. Belə bölmələrdə yalnız piyada deyil, birliyin hər cür ləvazimatları da bu cür nəqliyyat vasitələri ilə daşınır. Motorlu piyadaların mexanikləşdirilmiş Piyada heyətindən fərqi nəqliyyat vasitələrinin zirehli olmaması və təkərli nəqliyyat vasitələrindən istifadə etmələridir. Motorlu piyada qüvvələrində istifadə olunan nəqliyyat vasitələri, daha güclü mühərrik, qalın və daha geniş təkər kimi cəhətləri ilə fərqlənən mülki nəqliyyat vasitələrinə bənzər modellərdir.
Hərbi hissələrin bu şəkildə motorlu nəqliyyat vasitələri ilə təchiz edilməsi xüsusilə piyada qoşunları kimi elementlər üçün son dərəcə təsirli bir hərəkət təmin edir. Qoşunların cəbhəyə köçürülməsi, yerdəyişməsi, ehtiyat qoşunların lazımi cəbhələrə köçürülməsi motorlu nəqliyyat vasitələri ilə daha sürətli edilə bilər. Bundan əlavə, tədarükün daşınması sürətlənir.
Bütün bu üstünlüklərinə baxmayaraq, belə bir motorlaşdırılmış hərbi birliklər münaqişələrdə bir üstünlük təmin etmirlər. Nəqliyyat vasitələrinin zirehsiz olması o deməkdir ki, hətta yüngül silahların da hücumlarına qarşı son dərəcədə həssasdırlar. Həm piyada, həm də təchizat və döyüş maşınlarının bu cür nəqliyyat vasitələri ilə cəbhə bölgəsinə daşınması bəzi şərtlərin mövcudluğunu tələb edir. Əvvəla, cəbhənin arxasında partizan fəaliyyəti olmamalıdır. Bundan əlavə, cəbhənin arxasında hava üstünlüyü təmin edilməlidir.
Digər tərəfdən motorlu nəqliyyat vasitələri rezin təkərlərinə görə möhkəm yollar tələb edirlər. Bu, İkinci Dünya Müharibəsindəki Alman qüvvələrinin ən böyük maneələrindən biridir, Şərq Cəbhəsində sabitləşdirilmiş (torpaq) yollar yağışlı mövsümdə palçığa çevrilirdi.
Lakin, Blitzkrieg taktikası sərt və möhkəmləndirilmiş yolların üstünlük təşkil etməsinə görə Avropa cəbhəsində uğurlu alınmışdı. Buna baxmayaraq, panzer bölmələrindəki tank qoşunlarından başqa digər qüvvələr, tank qoşunlarının sürəti ilə ayaqlaşa bilməmiş və bunlarda öz növbəsində əməliyyatların sürətinin aşağı düşməsinə səbəb olmuşdur.