Moskva Muqavilesi 1963 - Wikipedia
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT) və Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır.
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) | |
---|---|
Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi | |
Müqavilənin tipi | Silahlara nəzarət |
İmzalanma tarixi | 5 avqust 1963 |
İmzalanma yeri | SSRİ, Moskva |
Qüvvəyə minməsi | 10 oktyabr 1963 |
İmzalayanlar | 126 dövlət (10 dövlət sadəcə olaraq imzalayıb) |
Dili | çex dili |
Vikianbarda əlaqəli mediafayllar |
Müqavilə, SSRİ, Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.