Morj - Wikipedia
Su inəyi[3] (Erkəyinə Su öküzü deyilir) və ya Morj[4] (lat. Odobenus rosmarus) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır[5]. Arealı əsasən Arktika qurşağında yerləşir.
Morj | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Cins: ???: Morj |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Görünüşü
redaktəNəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir[6]. Xariçi qulaq eyvanı yoxdur, gözləri kiçikdir.
Dərisi sarı rəngli tükcüklərlə sahibdir. Yaşlandıqca tüklərin sayı azalır. Yaşlı fərdlərdə demək olar ki, tük olmur. Ətraflar quruda daha çox hərəkət etməyə vərdişlidir. Morjlar gəzə bilirlər. Onlar suitilərdən fərqli olaraq sürünmürlər.
Anatomiya
redaktəSakit okean morjlarının erkəkləri bəzən 2000 kq çəki verə bilir. Adətən isə 800 - 1700 kq arası olurlar. Atlantik yarımnövü ölçü baxımından 10—20 % kiçik olurlar. Atlantik yarımnövünün dişləri kiçik olur. Sakit okean yarımnövü isə ölçü baxımından nisbətən iri olurlar. Dişilər erkəklərdən bəzən üç dəfə kiçik olurlar. Atlantik yarımnövünün dişiləri 560 kq, bəzən isə 400 kq, Sakit okean yarımnövünün dişisi isə 794 kq və 2,2 - 3,6 m uzunluğunda olur. Bu canlılarda əsasən iki çüt süd döşü olur. Nadir hallarda 5 süd döşü müşahidə edilir. Süd vəzləri qalın dərinin altında yerləşir. Bəzən müxtəlif səslər çıxarırlar.
Dişləri
redaktəMorjları digər dəniz calılarından fərqlədirən əsas xüsusiyyətləri iki iri uzun dişləridir. Onların hər biri bəzən bir metrə çata bilir. Çəkiləri isə 5,4 kq təşkil edir. Bu dişlər erkklərdə dişilərə nisbətdə iri olur. İri dişə sahib erkək qrupun liderinə çevrilir. Diş onların asanlıqla su səthinə çıxmağa yardım göstərir.
Dərisi
redaktəMorjlar qalın dəriyə malik olurlar. Erkəklərin boyun və qol nahiyyəsində dərinin qalınlığı 10 sm təşkil edir. Piy qalınlığı 15 sm olur. Cavan fərdlərin dərisi tünd-qəhvəyi, yaşlılarda isə solğuldur. Bəzən tamamən ağ rəngdə olurlar.
Yarımnövləri
redaktəMorjlar üç yarımnövə bölünür[7]:
- Sakitokean morju (Odobenus rosmarus divergens Illiger, 1811)
- Atlantik morju (Odobenus rosmarus rosmarus Linnaeus, 1758)
Bəzən Laptev morju (Odobenus rosmarus laptevi Chapskii, 1940) müstəqil yarımnöv hesab edilir[8]. Analizlər nəticəsində bu yarımnövün müstəqil olması isbat edilməmiş və Sakitokean yarımnövünün qərb populyasiyası olması isbat edilmişdir.
Yayılma və populyasiya
redaktə1990-ci il qiymətləndirilməsinə görə Sakit okean yarımnövünün sayı 200 min baş olmuşdur.[9][10] Sakitokean populyasiyasının böyük qismi Berinq boğazı və Çukot dənizi sularında yayılmışlar. Arealın şimal sərhədi Vrangel adası və Bofort dənizinin şimal hissəsini əhatə edir. Cənub arealı isə Çukot yarımadası ətrafı ərazilərdə Bristol körfəzi və Anadır körfəzi ətrafı ərazilərdə yerləşir.[5] Onların qalıqları hətta Şimali Kaliforniya sahillərində belə rast gəlinmişdir. Son buzlaşma dövründə onların bu ərazidə yaşaması faktdır[11]
Atlantik morjunun demək olar ki böyük hissəsi ovlanmışdır. Hazırda sayları 20 min baş olaraq qiymətləndirilir.[12][13]. Bu yarımnövün arealı Arktik Kanada, Şpitsbergen və Qrenlandiya sahillərini təşkil edir.[14]. Atlantik okeanın şərq sahillərində əsasən Kanada sahillərində görünürlər[15]
Laptev morj populyasiyası əsasən Laptevlər dənizi, Kara dənizinin şərq və Şərqi Sibir dənizinin qərb hissəsində yayılmışdır. Sayları 5-10 min baş olaraq qiymətləndirilir.[16]
Xüsusiyyətləri
redaktəMorjlar olduqca təhlükəli canlılardır. Onlar iri dişləri ilə hətta qayığı belə dağıda bilirlər. Nadir hallarda onlar özləri birinci hücum edirlər. Qrup halında yaşayırlar. Sualtında 10 dəqiqə qala bilirlər. Qidasının əsasını kiçik molyusklar və digər onurğasızlar təşkil edir. Onların suitlərə hücumu mümkündür. Morjlar həmçinin balıq yeyirlər. Üç-dörd ilə bir bala verirlər. 6 ay müddətində bala südlə bəslənir. Anaları ilə birlikdə 3-4 il yaşayırlar.
İri dişləri həm hücum, həm də müdafiə məqsədlidir.[6]. Üstəlik erkəklər dişilərə sahiblənmək məqsədi ilə bir-biri ilə mübarizə aparırlar. Onlar dişlərinin hesabına buz və ya qayalı sahillərə çıxa bilirlər. Əbəs yerə yunanca adı «dişi ilə gəzən» mənasını bildirir.
Düşmənləri
redaktəİnsandan bаşqa təbii düşmənləri, Ağ ayı və Osadır. Morjlar bəzən xariçi və daxili parazitlərdən əziyyət çəkirlər
Populyasiyanın müasir vəziyyəti
redaktəXVIII—XIX əsrlərdə bu canlılara qarşı kütləvi ov həyata keçirilirdi. Bu isə Atlantik populyasiyasının demək olan ki, məhv olmuşdurlar[17].
Hazırda isə onlara qarşı ov qadağan edilmişdir. Bircə bu canlıların ovunu həyata keçirməyə şimal xalqları olan Eskimoslar və Çukçalara icazə verilmişdir[18].
Onlara qarşı ov əsasən yayın sonları həyata keçirilir.[19] ət qaxac edilir və qış idasının əsasını təşkil edir. Bu ət şimal xalqlarının əsas qidasını təşkil edir[20]. Bu canlıların sümükləri yerli xalqların folklor nümumələrində istifadə edilir.
Morjlara qarşı ov əsasən Rusiya, ABŞ, Kanada və Danimarka tərəfindən həyata keçirilirdi[21][22]. Morjlara qarşı hazırda əsas təhlükə iqlim dəyişkənliyidir. Bu onların arealının daralmasına səbəb olur. Üstəlik qidaları azalır.[23]
Hazırda bu canlıların dəqiq sayları haqqında məlumat yoxdur[24]. Bununla belə bir çox ölkələrdə bu canlılar qırmızı kitaba daxil edilmişdir[25].
Maraqlı fakt
redaktə- Morj penisi 50 sm təşkil edir[26].
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ H. Hüseynov. Rusca-azərbaycanca lüğət, II cild (Русско-азербайджанский словарь). 1941. səh. 535.
- ↑ Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 110. — 10 000 экз
- ↑ 1 2 Fay, F.H. "Odobenus rosmarus". Mammalian Species. 238. 1985: 1–7. 2013-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ 1 2 Fay, F. H. Ecology and Biology of the Pacific Walrus (Odobenus rosmarus divergens). — Washington, DC.: U. S. Dept. of the Interior, Fish and Wildlife Service, 1982. — 279 p.
- ↑ "Morjlar". 2017-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ "Страница о морже в списке МСОП". 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ Gilbert, J.R., G.A. Fedoseev, D. Seagars, E. Razlivalov, and A. LaChugin. "Aerial census of Pacific walrus, 1990". USFWS R7/MMM Technical Report 92-1. 1992: 33 pp.
- ↑ US Fish and Wildlife Service, Stock Assessment Report: Pacific Walrus - Alaska Stock (PDF), 2002, 2011-05-15 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 2016-02-17
- ↑ Dyke, A.S., J. Hooper, C.R. Harington, and J.M. Savelle. "The Late Wisconsinan and Holocene record of walrus (Odobenus rosmarus) from North America: A review with new data from Arctic and Atlantic Canada". Arctic. 52. 1999: 160–181.
- ↑ [NAMMCO] North Atlantic Marine Mammal Commission. 1995. Report of the third meeting of the Scientific Committee. In: NAMMCO Annual Report 1995, NAMMCO, Tromsø, pp. 71-127.
- ↑ North Atlantic Marine Mammal Commission, Status of Marine Mammals of the North Atlantic: The Atlantic Walrus (PDF), 2007-10-25 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 2016-02-17
- ↑ Born, E. W., Andersen, L. W., Gjertz, I. and Wiig, Ø. "A review of the genetic relationships of Atlantic walrus (Odobenus rosmarus rosmarus) east and west of Greenland". Polar Biology. 24. 2001: 713–718.
- ↑ Fisheries and Oceans Canada. "Atlantic Walrus: Northwest Atlantic Population". 2006-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ "Ministry of Natural Resources of the Russian Federation protected species list". 2008-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ Bockstoce, J.R. and D.B. Botkin. "The Harvest of Pacific Walruses by the Pelagic Whaling Industry, 1848 to 1914". Arctic and Alpine Research. 14 (3). 1982: 183–188.
- ↑ Chivers, C.J. "A Big Game". New York Times Online. 2002-08-25. 2012-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ US Fish and Wildlife Service, Hunting and Use of Walrus by Alaska Natives (PDF), 2007, 2011-05-15 tarixində orijinalından (PDF) arxivləşdirilib, İstifadə tarixi: 2016-02-17
- ↑ Eleanor, E.W., M.M.R. Freeman, and J.C. Makus. "Use and preference for Traditional Foods among Belcher Island Inuit". Artic. 49 (3). 1996: 256–264.
- ↑ Garlich-Miller, J.G. and D.M. Burn. "Estimating the harvest of Pacific walrus, Odobenus rosmarus divergens, in Alaska". 97 (4). 1997: 1043–1046.
- ↑ Witting, L. and Born, E. W. "An assessment of Greenland walrus populations". ICES Journal of Marine Science. 62 (2). 2005: 266–284.
- ↑ Kaufman, M. "Warming Arctic Is Taking a Toll, Peril to Walrus Young Seen as Result of Melting Ice Shelf". Washington Post. 2006-04-15. səh. A7. 2008-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ "IUCN 2008. 2008 IUCN Red List of Threatened Species". 20 December 2008. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ "Красная Книга России". 2008-12-21. 2012-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.
- ↑ "Morj penisi". 2011-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-17.