Morgentau Plani - Wikipedia
"Morgentau planı" (ing. Morgenthau Plan), "Almaniya tərəfindən 3-cü dünya müharibəsinin başlamasının qarşısını almaq üçün proqram" — ABŞ-ın Maliyyə Naziri Henri Morgentau tərəfindən təklif olunan Almaniyanın müharibədən sonrakı düzəni proqramı. Morgentau planı Almaniyanın parçalanmasını, mühüm sənaye sahələrinin beynəlxalq nəzarətə verilməsini, ağır sənayenin ləğvini, silahsızlaşdırılmanı və Almaniyanın aqrar ölkəyə çevrilməsini nəzərdə tuturdu.
Hazırlanması və həyata keçirməyə cəhd
redaktə1944-cü ilin sentyabrında Uinston Çörçill və Franklin Delano Ruzveltin daxil olduğu 2-ci Kvebek Konfransında təklif edildi. Konfransda Almaniyanın əsasən aqrar ölkəyə çevrilməli olduğu memorandum imzalanıb. Təfərrüatlar mətbuata məlum oldu və plan ABŞ və İngiltərədə ciddi şəkildə tənqid olundu. Göbbelsin təbliğat nazirliyi bundan istifadə edərək “yəhudi Morgentau”nun Almaniyanı nəhəng bir kartof sahəsinə çevirmək istədiyini bəyan etdi. “Völkischer Beobachter” qəzeti “Ruzvelt və Çörçil yəhudilərin qatil planı ilə razılaşdılar” başlığını dərc etdi.
Tənqid olunması və planın ləğvi
redaktəMüşahidəçilər qeyd edirdilər ki, bu tədbirlər nəticəsində alman əhalisinin həyat səviyyəsi kəskin şəkildə aşağı düşmüş[1] və müharibədən sonrakı aclıq geniş vüsət almışdır. Sənayesizləşmə şəhərlərdə cəmləşmiş sənaye işçilərinin, zəncir boyu isə sənayeyə xidmət edən bank və idarəetmə işçilərinin işindən məhrum olmasına gətirib çıxardı, şəhər xidmətləri, tibb, təhsil və mədəniyyət sahələrini səmərəli tələbatdan məhrum etdi; yüksək məhsuldar kənd təsərrüfatı istehsalı isə bir tərəfdən sərbəst buraxılan əmək ehtiyatlarını tuta bilmirdi, digər tərəfdən isə istehsal olunan məhsulların ödəmə qabiliyyəti bazarını da itirirdi.
1947-ci ildə, Soyuq müharibənin başlaması ilə, Morgntau planının əksinə olan - indusrial Marşall planı qəbul edildi.
İqtisadiyyat elmində
redaktəErik Reynert Morgentau planını həyata keçirmək cəhdlərini misal kimi istehsalat sənayesinin məhvinin paradoksal olaraq tez-tez kənd təsərrüfatı böhranına gətirib çıxardığını göstərir.
İstinadlar
redaktə- ↑ "Гельмут Беттигер. Из сборника Hamiltons Nationalbank heute. Die Strategic nichtinflationärer Kreditschöpfung. Execuitive Intelligence Review Nachrichtenagenture GmbH. October 1992.". 2007-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-16.