Morenler - Wikipedia
Moren (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntısı. Morenlər aysberq vasitəsilə yayılan, əsasən qırıntı materialından ibarət dəniz və okean tipli terrigen çökmələrdir. Biogen material qarışığı adətən diatomeya zirehləri, süngər iynələri, foraminifer qabıqları və b. ibarət olur. Qranulometrik tərkibi lillərdən qaymalara qədər müxtəlifdir. Müxtəlif petroqrafik tərkibli zəif çeşidlənmiş kobud qırıntı materialları ilə səciyyələnir. Sahildən bir neçə yüz (hətta min) kilometrlərlə aralı, müxtəlif dərinliklərdə əmələ gəlir. Müasir aysberq moreni çökmələri Antarktidada, eləcə də Şimal yarımkürəsində geniş yayılmışdır.
Morenlər iki qrupa bölünür[1]:
- Hərəkətdə olan morenlər
- Çökmüş morenlər
Hərəkətdə olan morenlər
redaktəDağ buzlaqlarında hərəkətdə olan morenlər üst, daxili və dib morenlərnə bölünür.
Üst morenlər
redaktəÜst morenlər dərənin yamaclarında buzlağın üstünə tökülən süxur qırıntılarıdır. Adətən üst morenlər buzlaq dilinin yanlarında toplanır və yan morenlər adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan morenləri birləşib aşağıda, buzlaq dilinin ortasında orta morenlər əmələ gətirir.
Daxili morenlər
redaktəBuzlağın üstünə tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və daxili morenlər əmələ gətirir.
Dib morenlər
redaktəBuzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış qırıntılardan dib morenlər əmələ gəlir.
Çökmüş morenlər
redaktəÇökülmüş morenlər buzlaqlar çəkildikdən sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında, buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr xüsusi yer tutur və onlar uc morenlər adlanır. Moren materiallarının qeyribərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaqhündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi və ya moren landşaftı deyilir.
Basdırılmış qədim morenlər
redaktəBasdırılmış qədim morenlər müxtəlif süxurlarla (çöküntülərlə) örtülmüş morenlərdir. O cümlədən tillitlər basdırılmış qədim morenə aid edilir.[2]
İstinadlar
redaktəMənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Xarici keçidlər
redaktə- Relyefin əsas tipləri Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine
- Moren nədir?