Moranli Sabirabad - Wikipedia
Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Moranlı | |
---|---|
39°47′11″ şm. e. 48°44′19″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Sabirabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3.400 nəfər |
Coğrafiyası
redaktəMoranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala-Həşimxanlı kəndləri daxildir.
Əhalisi
redaktə3800 nəfər əhalisi var.
İqtisadiyyatı
redaktəKənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan[1][2] becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir.
Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır.
Mədəniyyət
redaktəKənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.
İstinadlar
redaktə- ↑ "Sabirabadda soğan sahələrindən 5 min tona yaxın məhsul yığılıb". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 28 iyul 2019. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.
- ↑ "Sabirabadda soğan yığımı başa çatıb". xalqqazeti.az (az.). Xalq qəzeti. 21 avqust 2019. 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2021.