Monro Doktrinasi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Monro doktrinası (ing.Monroe Doctrine) - 1823-cu ilin iyul ayinda Amerika kontingentinin Avropa müstəmləkəçilik niyyətlərinə bağlanması ideyası barədə ABŞ prezidenti Ceyms Monronun müraciəti Amerika Dövlət katibi Con Kuinsi Adams tərəfindən konqresə təqdim olunmuşdur. Siyasi doktrina kimi, ilk dəfə İspaniya hökuməti üçün xəbərdarlıq şəklində təqdim olunmuşdur. Konqresdə oxunan və "Monro doktrinası" kimi tanınan bu müraciət "Müqəddəs İttifaq"ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdür. "Monro doktrinası"nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. "Monro doktrinası" Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.