Monoqamiya - Wikipedia
Monoqamiya - Haqqında Məlumat
Monoqamiya — fərdin eyni anda yalnız bir partnyoru olduğu nikah və ya münasibət forması.
İnsanlar arasında monoqamiya
redaktəMonoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi.[1]
Heyvanlar arasında monoqamiya
redaktəMonoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s. adətən, bor mövsüm, meymunlarda isə bir neçə il davam edir.[2]
İstinadlar
redaktə- ↑ Моногамија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 50–51.
- ↑ Моногамија (һејванларда) // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 51.