Mollinin Oyunu Film 2017 - Wikipedia
Mollinin oyunu — ssenaristi və rejissoru Aaron Sorkin olan, 2017-ci il istehsalı amerikan bioqrafik cinayət filmi
Mollinin oyunu | |
---|---|
ing. Molly's Game | |
Janr | dram filmi, bioqrafik film |
Prodüserlər |
|
Baş rollarda | |
İstehsalçılar | STX Entertainment |
Distribütor | STX Entertainment, Netflix, Hulu[d] |
İlk baxış tarixi | 3 yanvar 2018, 11 yanvar 2018[1], 8 sentyabr 2017, 8 mart 2018, 4 yanvar 2018[2] |
Müddət | 140 dəq. |
Büdcə | 30.000.000 $ |
Gəlir | 59.284.015 $ |
Ölkələr | |
Dil | ingilis dili |
Çəkiliş yeri | Toronto |
IMDb | ID4209788 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəMolli Blum (Cessika Çesteyn) atası (Kevin Kostner) tərəfindən uşağlığını idmana həsr etmiş, sonra aldığı zərbə ilə idman kariyerası bitmiş gənc qızdır. Həyatda və idmanda qardaşları qədər uğurlu ola bilməyən gənc qızın təhsil səviyyəsi və xarakteri ona uğur qazanmağa sövq edirdi. Daha sonra hüquq məktəbinə daxil olmağı planlaşdıran Molli əlavə iş tapmağa çalışır. Çalışdığı gecə klublarından birində Din adlı şəxs ona ofisində menecer vəzifəsini təklif edir. Daha sonra Dinin təşkil edəcəyi oyunlarda əsas personaj olur. Oyunçular məşhur ulduzlar, biznesmenlər və bir sözlə, milyonlarla risk edəcək qədər zəngin insanlar idi. Oyunçulardan hər şey barədə, siyasət, iqtisadiyyat, şou-biznes və s. mövzular barədə öyrənən və özünü təkmilləşdirən Molli hüquq məktəbini kənara atır. Din Mollini işdən çıxardıqdan sonra Molli öz oyununu yaratmağı qərara alır. Dinin bütün oyunçularını öz oyununa dəvət edir və oyun başlayır. Qısa müddətdə milyonlar qazanır. Buna baxmayaraq, hələ də ona külli miqdarda borcu olanlar qalır. İtalyan mafyasını poker oyununa dəvət edən Mollinin oyunu məhv olmağa doğru gedir. O, artıq bu cür həyat tərzinə davam gətirə bilmirdi. Cinayət aləmini oyununda topladığı üçün həbs edilir. İşə başlayarkən biznesini tamamilə qanuniləşdirən Molli, qanunu pozmuş,eyni zamanda oyundan faiz götürmüşdü.
Özünə vəkil tutmaq üçün cibində bir dolları belə olmayan Molli, məşhur vəkil Çarli Cefri (İdris Elba) ilə sövdələşir. Borclarını və nəşriyyat evinin kitab satışından verəcəyi pulları alaraq, onları vəkilə ödəyəcəyini vəd edir. Kitabında məhdud sayda insanların, habelə, mafiya üzvlərinin adını vermədiyi üçün FTB tərəfindən ona təzyiqlər göstərilir. KİV tərəfindən "Poker şəhzadəsi" ləqəbini alır, halbuki Molli özünü bu cür düzgün qiymətləndirmir. Bu səbəbdən onun məhkəmə prosesi Vəkilin qızı Molliyə heyrandır və onun feminist ruhuna valeh olmuşdur. Onun müəllifi olduğu, avtobioqrafik kitab "Mollinin oyunu" qızın sevimlisidir. Çarli Cefri də kitabı oxuyur, getdikcə o da Mollinin güclü xarakterinə və inadkarlığına heyran olur. İşi pul müqabilində müdafiə etməməyə qərar verir və Mollinin günahsızlığını sübut edir.
Filmin sonunda Mollinin, ailəsi və vəkil Çarli ilə şən şəkildə şam yeməyi göstərilir.
Rollarda
redaktə- Cessika Çesteyn — Molli Blum, "Poker şəhzadəsi"
- İdris Elba — Çarli Cefrey, Mollinin vəkili
- Kevin Kostner — Larri Blum, Mollinin atası və klinik psisoterapevt
Çəkiliş
redaktəƏsas çəkilişlər 2016-cı ilin noyabrından Kanadada, Ontario və Toronto əyalətlərində başlayıb. Filmin çəkilişlərinə 30 milyon dollar xərclənmişdir. C. Çesteyn və İ. Elba kimi iki kinoulduzun baş rolun aparıcısı olması filmə hədsiz uğur gətirir. Məşhur Hollivud aktyoru K. Kostnerin də çəkilişlərə daxil olması isə filmin uğur qazanmasının zəmanətçisi olur. Filmin çəkilişlərinin bitməsi 2017-ci ilin fevralına təsadüf edir. Qeyd etmək lazımdır ki, film, A. Sorkinin rejissor kimi debüt işidir.
Nəticə
redaktə"Mollinin oyunu"nun premyerası 2017-ci ilin sentyabrının 8-də Toronto Beynəlxalq Film Festivalında nümayiş etdirildi. 30 milyon dollar büdcəsi olan filmin gəliri 59 milyon dollara bərabər olmuşdu. Film və aktyor heyəti dəfələrlə Oskar, Qızıl Qlobus, BAFTA kimi dünya şöhrətli mükafatlara nominasiya kimi göstərilir. Lakin bu mükafatların heç birini qazana bilmir və digər mükafatlarla kifayətlənməli olur.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ (unspecified title). Rusiya.
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ 1 2 3 4 Česko-Slovenská filmová databáze (çeş.). 2001.