Moldova Respublikasinin Musteqilliyi Haqqinda Deklarasiya - Wikipedia
Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya (rum. Declarația de independență a Republicii Moldova) və Moldovanın müstəqilliyi haqqında deklarasiya — 27 avqust 1991-ci ildə Moldova Parlamenti tərəfindən №691 «Müstəqillik haqqında deklarasiya» qanunu qəbul edilmişdir. Avqust çerilişinə cəhddən sonra Moldova SSRİ tərkibindən çıxdığını elan etmişdir[1].
Dəstəklənməsi
redaktəMoldova Parlamenti bu deklarasiyada Moldova Respublikasının müstəqilliyini elan edərək, nəzərə çatdırmaq istəyir ki, min il boyunca bölgədə moldova xalqı yaşamış və öz tarixlərini yazmışlar. Üstəlik uzaq keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini xatırladaraq bu addımın atılmasına hüquqi zəmin olduğunu vurğulayır. Xüsusi ilı Moldova knyazlığından Sovetlər dönəminə qədərki dövlətlər qeyd edilir. Deklarasiyada Kiçik Qaynarca (1775) və Buxarest (1812) sülh müqavilələri (Osmanlı ilə Rusiya arasında bağlanmış müqavilələr) qanundan kənar elan edilir. Səbəb isə hər iki tərəfin milli torpaqları bölüşdürməsi göstərilir. Üstəlik qanunda 2 avqust 1940-cı il « İttifaq daxilində Moldova SSR təşkili haqqında» və Faşist Almaniyası ilə SSRİ arasında 23 avqust 1939-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının qüvvədən düşməsi vurğulanır. Əsas kimi isə Bessarabiya, Bukovin və Qersa vilayətlərinin rəyinin alınmaması göstərilir.
Deklarasiyada xalqın 17 mart 1991-ci il SSRİ-nin saxlanması haqqında referendumu baykot etməsinə hüquqi cəhətdən əsaslandırılır. Deklarasiyaya görə dövlət dili rumın dilidir[2].
Rəsmi nəticələri
redaktə278 deputat qanunun lehinə qərar verir. Bununla da 27 avqust ölkədə Moldova Respublikasının müstəqilliyi günü kimi qeyd edilir. 2 mart 1992-ci ildə Moldova BMT üzvünə çevrilir.
Bu rəsmi sənəd 2009 ildə Kişinyovda baş vermiş kütləvi ixtişaşlar zamanı xətər dəymişdir. Bununla belə 2010-cu ildə sənədi bərpa etmək mümkün olmuşdur[3][4].
Mübahisələr və dəqiqsizliyi
redaktə- Deklarasiyaya görə Moldovanın müstəqilliyi Pridnestrov ərazilərinə də şamil edilir. Rusların fikirinə görə isə «Zadnestrov» əraziləri Moldova torpağı olmamışdır. Bölgənin əhalisi rusların fikirinə görə Moldovanın müstəqilliyi haqqında deklarasiyanı qəbul etməyərək, bu bölgənin Moldova deklarasiyasında öz əksini tapmamasını əsas gətirərək öz müstəqilliklərini elan edirlər. Bəzi hüquqşunasların fikirinə görə deklarasiyada SSRİ-Alman paktının inkarı öz növbəsində Moldova Respublikasının müstəqilliyini şübhə altına alır. Üstəlik onlar Pridnestyanı ərazilərin hec vaxt nə Moldova nə də Rumıniya ərazisi olmamasını irəli sürürlər[5]. Nyu-Yorkda yerləşən assosiyasiv hüquqşunaslar isə əvvəllər heç bir dövlətçiliyə və arıca idarə sisteminə malik olmayan Pridnestyanı ərazilərin müstəliyinin əsasının olmamasını bildirir[6].
- Deklarasiyada dövlət dili rumın dili və latın qrafikalı olması ıksini tapsa da Moldova konstitusiyasında dövlət dilinin moldova dili olması göstərilir. Bu hal Moldovanın Rumıniyaya birləşmə tərəfdarları ilə hökumət arasında müəyyən narazılıqlara gətirib çıxarır. Moldovada mövcud dilin moldova dili və rumın dili olması müəyyən narazılıqlara səbəb olur. 2013-cü ildə Konstitusiya məhkəməsi deklarasiyada əks olunanların konstitusiyada təstiqinin tapması üçün qanun qəbul etmişdir. Bununlada ölkədə rəsmi dil rumın dili elan edilir[7][8][9].
İstinadlar
redaktə- ↑ Moldova Respublikasının müstəqilliyi haqqında Deklarasiya qanunu Nr.691-XII - 27.08.91 Arxivləşdirilib 2009-05-15 at the Wayback Machine (rus.)
- ↑ A Field Guide to the Main Languages of Europe - Spot that language and how to tell them apart Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine, on the website of the European Commission
- ↑ "Moldova restores Declaration of Independence". 2014-08-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
- ↑ "Text of Moldova's Declaration of Independence recovered". 2016-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
- ↑ Olviya Press: «„Органы законодательной и исполнительной власти Приднестровской Молдавской Республики на современном этапе“ — сегодня в Приднестровском госуниверситете состоялась презентация монографии»[ölü keçid]
- ↑ Thawing a Frozen Conflict: Legal Aspects of the Separatist Crisis in Moldova Arxivləşdirilib 2016-03-27 at the Wayback Machine A Report from the Association of the Bar of the City of New York, 2006, pp. 6-8. (ing.)
- ↑ "05.12.2013, Monitorul Oficial Nr. 304-310". 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-26.
- ↑ "KM Moldovanın dövlət dilinin rumın diliolmasını elan edir". «Moldova-Xəbərləri» informasiya agentliyi. 2013-12-05. 2013-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ "Moldovanın rəsmi dövlət dili rumın dilidir". Lenta.ru. 2013-12-05. 2013-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.