Miyanku - Wikipedia
Miyanku — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Miyanku kəndi Hişgədərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Miyanku kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Miyanku | |
---|---|
38°53′50″ şm. e. 48°39′53″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 27 m |
Saat qurşağı | |
Toponimikası
redaktəKeçmiş adı Ambaran olmuşdur. Oykonim talış dilindəki miyan (orta, ara) və ku (dağ) sözlərindən ibarət olub, “iki dağ arasındakı yer, dağarası” mənasındadır.[3]
Tarixi
redaktəDağların arasında yerləşən Quni Menku tədricən düzənlik yerlərə köçərək Mədo Menku ilə birləşmiş və XVIII əsrdə Miyankü kəndi yaranmışdır. Bu yerlərdə Talış xanlarının mülkləri, torpaq və meşə sahələri olmuşdur.
Coğrafiyası və iqlimi
redaktəMasallı rayonunun Hişkədərə inzibati ərazi vahidində yerləşən bu kənd Talış çayının sahilində, Burovar silsiləsinin şərq yamacında dağətəyi düzənlikdədir. Kəndin ərazisi 367 hektardır. Kənd Kubin, Nəzəroba, Mahmudavar, Hişkədərə, Mişkəmi kəndləri ilə həmsərhəddir.
Əhalisi
redaktəƏhalisi 1349 nəfərdir.[4]
Təhsil
redaktəKənddə ilk məktəb 1932-ci ildə açılıb. Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbin hazırkı binası 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əslən bu kənddən olan azərbaycanlı milyarder Mübariz Mənsimovun vəsaiti hesabına tikilmişdir.[5]
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Miyanku // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR) Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine. lacin.info, 16.04.2015 (az.)
Həmçinin bax
redaktə Masallı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |