Mixail Zabelin - Wikipedia
Mixail Yuryeviç Zabelin (19 mart 1946, Bakı) — rusəsilli Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycanda Rus İcmasının sədri.
Mixail Zabelin | |
---|---|
Vəzifədədir | |
24 noyabr 1995-ci ildən | |
Seçki dairəsi | 1995, 2000 — proporsional 2005, 2010, 2015 — 12 saylı Qaradağ-Binəqədi-Yasamal 2020 — 34 saylı Xətai İkinci |
6 noyabr 1994 – 24 noyabr 1995 | |
Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı | |
30 sentyabr 1990 – 24 noyabr 1995 | |
Seçki dairəsi | 1990 — 57 nömrəli Nizami |
1989 – ? | |
Şəxsi məlumatlar | |
Doğum adı | Zabelin Mixail Yuryeviç |
Doğum tarixi | 19 mart 1946 (78 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
redaktəMixal Zabelin 1946-cı il martın 19-da Bakı şəhərində anadan olmuşdur.[1] Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya bölməsini, Bakı Ali Partiya Məktəbi və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun isə Sovet quruculuğu bölməsini bitirmişdir.[1] Azərbaycan Beynəlxalq Universitetinin fəxri professorudur.
1 övladı var.
Fəaliyyəti
redaktə1966-cı ildən Layihə İnstitutunda işləmişdir.[1] 1969-cu ildən Oktyabr Rayon Komsomol Komitəsinin Katibi, 1974-cü ildən Lenin Rayon Partiya Komitəsinin və şəhər Partiya Komitəsinin təlimatçısı olmuşdur.[1] 1978-ci ildən Azərbaycan KP MK-da təlimatçı, Birinci Katibin referenti, müfəttişi, 1989-cu ildən Nizami Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.[1]
1990-cı il sentyabrın 30-da Sovet İttifaqı Kommunist Partiyasından Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı seçilmişdir. Ali Sovetin Sovetlərinin işi, yerli özünüidarə və yerli təsərrüfat məsələləri Komissiyasının üzvü olmuşdur. 7 mart 1991-ci ildə Azərbaycan SSR Ali Sovetində baş tutan səsvermə zamanı SSRİ-nin saxlanılmasına səs verən xalq deputatlarından biri olmuşdur.[2]
"Azərbaycan-Rusiya" cəmiyyətinin prezidenti və vitse-prezidenti olmuşdur.[1][3] 1993-cü il martın 25-də Mixail Zabelinin təşəbbüsü ilə Azərbaycanda Rus İcmasının yaradılmış, həmin il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.[3] Həmin gündən Azərbaycanda Rus İcmasının sədridir.[1]
Azərbaycanın dövlət müstəqilliyini bərpa olunmasından sonra, 1991-ci ildən Azərbaycan Ali Soveti Katibliyinin baş mütəxəssisi, Daimi Komissiyalar şöbəsinin Katibi vəzifələrində çalışmışdır.
06.10.1994-cü ildə Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevin qərarı ilə xalq deputatı Mixail Zabelin Milli Məclisin üzvü seçilmişdir.[4] Milli Məclisin İnsan hüquqları və millətlərarası münasibətlər Komissiyasının üzvü olmuşdur.[5]
1995-ci ildə Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın üzvü olmuşdur. 1995-ci il noyabrın 12-də isə Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Milli Məclisin I çağırış deputatı seçilmişdir.[6] Milli Məclisin Yerli özünüidarə məsələləri Komissiyası, həmçinin Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olmuşdur.[6]
2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Milli Məclisin II çağırış deputatı seçilmişdir.[7] Milli Məclisin İnsan hüquqları daimi Komissiyasının, həmçinin Azərbaycan—Almaniya və Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olmuşdur.[7]
2005-ci il noyabrın 6-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Milli Məclisin III çağırış deputatı seçilmişdir.[8] Milli Məclisin Regional məsələlər Daimi Komissiyasının, həmçinin Azərbaycan-Almaniya, Azərbaycan-Cənubi Koreya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.[8]
2010-cu il noyabrın 7-də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindəm Milli Məclisin IV çağırış deputatı seçilmişdir.[9] Milli Məclisin Regional məsələlər Komitəsinin, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Cənubi Koreya, Azərbaycan-Litva, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.[9]
2015-ci il noyabrın 1-də Yeni Azərbaycan Partiyasının namizədi olaraq 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Milli Məclisin V çağırış deputatı seçilmişdir.[10] Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin, Hesablayıcı Komissiyasının üzvü, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olmuşdur.[10]
2020-ci il fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədi olaraq 34 saylı Xətai II dairəsindən Milli Məclisin VI çağırış deputatı seçilmişdir.[1] Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, Mədəniyyət Komitəsinin üzvü, Hesablayıcı Komissiyasının Katibi, Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Azərbaycan-İrlandiya, Azərbaycan-Litva, Azərbaycan-Mavritaniya, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Rusiya parlamentlərarası Komissiyasının üzvü olmuşdur.[1]
2024-cü il oktyabrın 8-də Azərbaycan - Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[11]
Mixail Yuryeviç Zabelin Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2006-cı il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, 17 mart 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 30 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[12][13][14]
Müxtəlif illərdə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.
Tənqidlər
redaktə2017-ci ilin noyabrında Mixail Zabelin Rusiyanın St. Peterburq şəhərində tədbirdə çıxışı zamanı Krım və Qarabağ məsələlərini eyniləşdirdiyinə görə tənqid edilmişdi. Konfrans zamanı Mixail Zabelin bunları bildirmişdi: "Bu gün burada Krımın geri qaytarılmasından danışıldı. Rusiya öz tarixi torpağı olan Krımı geri qaytarıb. Əgər Rusiyanın tarixi torpağı olan Krımı geri qaytarmağa haqqı çatırsa, Azərbaycanın da öz əzəli tarix torpağı olan, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağı geri qaytarmağa haqqı var. Bizim də buna haqqımız çatır". Siyasi şərhçi Zərdüşt Əlizadə deputatın bu ifadəsinin hüquqi cəhətdən yanlış olduğu bildirmiş və "Krımın hüququ olaraq Ukraynanın ərazisi olduğu, Rusiya tərəfindən zəbt edildiyi, bütün dünyanın da bölgəni Rusiyanın ərazisi olaraq tanımadığını" vurğulamışdı. Onun sözlərinə görə deputatın Qarabağ və Krımı eyniləşdirməsi səhv mövqedir.[15]
Mixal Zabelin Azərbaycanda Rus İcmasının sədri olaraq 26 mart 2022-ci ildə Rusiya–Ukrayna müharibəsi zamanı bəyanat yaymışdır. Bəyanatda "Azərbaycanın rus icması olaraq öz dövlətini, xalqını NATO-nun Şərqə, Rusiya sərhədlərinə yaxın genişlənməsindən, onun suverenliyinə qəsdlərdən qorumaq, iqtisadi problemləri həlli üçün Rusiyanı başa düşməyi xahiş eləməsi" qeyd olunmuşdur. Bu bəyanat KİV və sosial medialarda birmənalı qarşılanmamışdır və tənqid edilmişdir.[16]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "VI çağırış Milli Məclisin deputatı ZABELİN Mixail Yuryeviç". www.meclis.gov.az ( (az.)). 01.01.2022. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
- ↑ Yeni Müsavat qəzeti. "AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNƏ KİM NECƏ SƏS VERİB?". www.musavat.com ( (az.)). 22.08.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ 1 2 ФЕДЕРАЛЬНАЯ НАЦИОНАЛЬНО-КУЛЬТУРНАЯ АВТОНОМИЯ АЗЕРБАЙДЖАНЦЕВ РОССИИ. "У истоков создания и созидания Русской общины Азербайджана". www.fnaa.ru ( (rus.)). 22.08.2022. 2022-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın xalq deputatı M. Y. Zabelinin Azərbaycan Milli Məclisinin üzvü seçilməsi haqqında Azərbaycan Milli Məclisinin Qərarı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Milli Məclisinin bəzi Daimi Komissiyaları haqqında Azərbaycan Milli Məclisinin Qərarı". www.e-qanun.az ( (az.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ 1 2 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Milli Məclisin deputatı ZABELİN Mixail Yuryeviç". www.meclis.gov.az ( (az.)). 01.01.2022. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
- ↑ 1 2 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "II çağırış Milli Məclisin deputatı ZABELİN Mixail Yuryeviç". www.meclis.gov.az ( (az.)). 01.01.2022. 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
- ↑ 1 2 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "III çağırış Milli Məclisin deputatı ZABELİN Mixail Yuryeviç". www.meclis.gov.az ( (az.)). 01.01.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
- ↑ 1 2 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "IV çağırış Milli Məclisin deputatı ZABELİN Mixail Yuryeviç". www.meclis.gov.az ( (az.)). 01.01.2022. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
- ↑ 1 2 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "V çağırış Milli Məclisin deputatı ZABELİN Mixail Yuryeviç". www.meclis.gov.az ( (az.)). 01.01.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Mixail Yuryeviç Zabelinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Mixail Yuryeviç Zabelinin "Azərbaycan Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycanın ictimai-siyasi həyatında fəal rolu olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". www.e-qanun.az ( (az.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.[ölü keçid]
- ↑ "Mixail Zabelin Krımla Qarabağ məsələsini eyniləşdirib". www.meydan.tv ( (az.)). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
- ↑ First News Media. "Забелин подтвердил принятие скандального заявления Республиканским советом Русской общины Азербайджана". www.1news.az ( (rus.)). 22.08.2022. 2022-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.