Misir Herbi Hava Quvveleri - Wikipedia
Misir Hərbi Hava Qüvvələri (ərəb. القوات الجوية المصرية) Misir Silahlı Qüvvələrinə tabe olan xüsusi hərbi birləşmədir. Vəzifəsi ölkənin hava məkanını istənilən təhdidə qarşı müdafiə etmək və ya lazım olacağı təqdirdə digər qoşun növləri ilə birlikdə hücum əməliyyatları həyata keçirməkdir.
Misir Hərbi Hava Qüvvələri | |
---|---|
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi | 2 noyabr 1932 - günümüzə |
Ölkə | Misir |
Tabedir | Misir Silahlı Qüvvələri |
Daxildir | Misir Silahlı Qüvvələri |
Sayı | 50,000 nəfər (30,000 nəfər aktiv)[1] |
Qərargah | Qahirə, Misir |
Şüarı | "Şöhrət naminə yüksəyə və daha yüksəyə" (ərəb. إلى العلا في سبيل المجد) |
Rəngləri |
Mavi, qırmızı, ağ və qara |
Marşı | Səma işğalçıları |
Tilsimi | Berqut |
Müharibələr |
Süveyş böhranı Altıgünlük müharibə Yom Kippur müharibəsi Liviya-Misir müharibəsi |
Döyüşlər | |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | General-leytenant Yunes Hamed |
Məşhur komandirləri | Hüsnü Mübarək |
Vikianbarda əlaqəli mediafayllar |
Misir Ordusunun Hava Xidmətinin əsası 1932-ci ildə qoyulmuş, 1937-ci ildən etibarən müstəqil qurum olaraq fəaliyyətini davam etdirmişdir. İkinci dünya müharibəsində kiçikmiqyaslı döyüş əməliyyatlarında iştirak etmişdir. 1948-ci ildən 1973-cü ilə qədər İsraillə dörd müharibədə qarşılaşmışdır. 1977-ci ildə Şimali Yəmən vətəndaş müharibəsi və Liviya-Misir müharibəsi ərzində Misir Ordusuna dəstək vermişdir. 1977-ci ildən 2011-ci ilə qədər heç bir döyüş əməliyyatında birbaşa iştirak etməsə də, bir çox təlimlərdə iştirakçı olmuşdur. 1992-ci ildən etibarən terrorizmə qarşı mübarizə edən qüvvələrin tərkibinə daxildir.
Təchizatı
redaktəKemp Devid müqaviləsi imzalandıqdan sonra Misir HHQ-də köklü dəyişikliklər başladı. Misir artıq yalnız SSRİ-dən deyil, həmçinin ABŞ, Fransa və bəzi hallarda Çindən də təyyarə və helikopterlər almağa başlamışdı.
Misir HHQ-nin ABŞ istehsalı F-16 döyüş təyyarələri ilə təmin olunmasına 1982-ci ildən başlanmışdır. 2015-ci ilə olan məlumata əsasən hərbi hava qüvvələrinin silahlanmasında təqribən 220 ədəd F-16 var idi. Bu tarixə qədər müxtəlif vaxtlarda baş vermiş qəzalarda 18 təyyarə itirilmişdi.
Misir 1986-cı ildə Fransadan Miraj 2000 qırıcılarını almağa başlamışdır. Bu qırıcılardan biri təlim uçuşları zamanı qəzaya uğramışdır.
1987-ci ildən etibarən əvvəlki dövrlərdə satın alınmış F-16 qırıcılarının modernizasiya olunması proqramı çərçivəsində həmin döyüş təyyarələri AGM-84 Harpoon gəmi əleyhinə raketlə təchiz olunmuşdur.
Misir HHQ-nin silahlanmasına 46 ədəd AH-64 Apaçi döyüş helikopteri daxildir ki, bunların da təqribən 36 ədədi AH-64A variantıdır. Lakin, bu variantdan olan helikopterlərin hamısı sonradan AH-64D səviyyəsində modernizasiya olunmuşdur.[2]
Modernizasiya proqramları
redaktəMisir hökuməti bir neçə dəfə Ukrayna tərəfi ilə MiQ-21 qırıcılarının modernizasiyası ilə əlaqədar razılıq əldə etsə də, sonradan bu müqavilələr həyata keçirilməmişdir.
3 mart 2010-cu ildə ABŞ-nin "Lockheed Martin" şirkətinə 20 ədəd F-16 C/D variantlarının satın alınması ilə bağlı sifariş verilmişdir.[3] Bu müqavilə 2013-cü ildə tamamlanmışdır. 14 avqust 2012-ci il tarixində isə ABŞ-la Misir arasında 20 ədəd F-16 Block 52 təyyarəsinin modernizasiya olunması ilə əlaqədar olaraq 2.2 milyard ABŞ dolları məbləğində müqavilə imzalanmışdır.[4] 2013-cü ildə Misirdə baş vermiş dövlət çevrilişinə görə təyyarələrin çatdırılması 2015-ci ilin oktyabr ayına qədər gecikmişdir.[5][6]
16 fevral 2015-ci ildə Misir Fransa istehsalı Dassault Rafale qırıcılarının ilk xarici alıcısı olmuşdur.[7] Misir 24 ədəd Rafale qırıcısının çatdırılması qarşılığında qarşı tərəfə 5.9 milyard ABŞ dolları ödəmişdir.[8][9] Bu müqavilə çərçivəsində Misir HHQ-nə təhvil verilməli təyyarələrin 8-i tək oturacaqlı, 16-sı iki oturacaqlı variant olmuşdur.[10]
2014-cü ilin aprelində Misir 24 ədəd MiQ-35 döyüş təyyarəsinin satın alınması ilə bağlı sifariş vermişdir.[11][12] Misir 50 ədəd MiQ-35 qırıcısının satın alınması müqabilində Rusiyaya 2 milyard ABŞ dolları ödəmişdir.[13][14] Müqaviləyə əsasən təyyarələrin çatdırılması prosesi 2016-cı ildə başlanmalı idi.[15] Rusiya ilə Misir arasında hərbi hava qüvvələri sahəsində əməkdaşlığa Ka-52 döyüş helikopterlərinin ticarətini də daxil etmək olar.[16] İki dövlət arasında imzalanmış müqaviləyə əsasən Rusiya Misirə 50 ədəd yeni OES-52 hədəf sistemi ilə təchiz olunmuş Ka-52 helikopteri çatdıracaq. Müqavilənin icrası prosesinin 2016-cı ildə başlanacağı və 2018-ci ildə başa çatacağı gözlənilir.[17]
18 aprel 2016-cı ildə Fransa Prezidenti Fransua Ollandın Misirə işgüzar səfəri çərçivəsində baş tutmuş danışıqlar zamanı tərəflər arasında hərbi təyinatlı kəşfiyyat peykinin satın alınması ilə bağlı razılıq əldə olunmuşdur. Müqavilənin qiyməti rəsmi olaraq açıqlanmasa da, Misirin qarşı tərəfə təqribən 600 milyon avro ödəyəcəyi təxmin olunur.[18]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ International Institute for Strategic Studies. The Military Balance 2014. London: Routledge. 3 fevral 2014. 315–318. ISBN 9781857437225.
- ↑ "Boeing: Boeing, U.S. Army Sign Contract for 35 Egyptian AH-64D Apaches". 2007-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Egyptian Military Purchase". 2010-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "U.S. pushes F-16 project for Egypt despite Muslim Brotherhood purge of military". Worldtribune.com. 15 avqust 2012. 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ "White House resumes delivery of 12 F-16 fighter aircraft to Egypt". 1 aprel 2015. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Archived copy". 17 noyabr 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ "Exportation du Rafale : les inquiétudes de l'armée de l'air". La Tribune (French). 9 iyun 2015. 2015-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ Lert, Frédéric. "Egypt officially signs for 24 Rafales, FREMM frigate, and missiles". IHS Jane's Defence Weekly. 16 fevral 2015. 2015-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ "Egypt, France to conclude €5.2 billion deal for Rafale jets". France 24. 16 fevral 2015. 16 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ Hoyle, Craig. "Rafale exports take off with Egyptian delivery". Flightglobal. 20 iyul 2015. 19 noyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ News Desk. "Egypt interested in buying 24 MiG-35s from Russia". defense-update.com. 2014-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ "Russia said set to sell its top fighter jets to Egypt". The Times of Israel. 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 dekabr 2017.
- ↑ "Russian-Egyptian contract for 46 fighters MiG-35". kommersant.ru (Russian). 22 avqust 2015. 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Russia's Landmark $2Bln Deal With Egypt for MiG Fighter Jets". sputniknews.com (ingilis). 2015-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Системы наведения на цель ракет с МиГ-35 поставят в Египет в 2016 году". Novosti.com (Russian). 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Egypt bought 50 Ka-52 Russian helicopters" (Russian). 23 sentyabr 2015. 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Russia to supply 50 Ka-52 helicopters to Egypt in 2016–2018" (Russian). 10 noyabr 2015. 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.
- ↑ "Un satellite Airbus-Thalès vendu à l'Egypte". 19 aprel 2016. 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-15.