Misir Eliyev - Wikipedia
Misir Əziz oğlu Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin “Qazax” Əlahiddə Sərhəd Diviziyasının Komandiri.
Misir Əliyev | |||||
---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||
Doğum yeri | Şərur rayonu, Azərbaycan SSR | ||||
Vətəndaşlığı | Azərbaycan | ||||
Hərbi fəaliyyəti | |||||
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti | ||||
Qoşun növü | Sərhəd Qoşunları | ||||
Hərbi hissə | “Qazax” Əlahiddə Sərhəd Diviziyası | ||||
Rütbəsi |
General-mayor |
||||
Döyüşlər |
2020-ci il Qarabağ müharibəsi • Cəbrayıl ərazisində döyüş əməliyyarları • Zəngilan ərazisində döyüş əməliyyatları |
||||
Təltifləri |
|
Hərbi xidməti
redaktəMisir Əliyev Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən 2010-cu ildə "Hərbi xidmətlərə görə" medalı[1], 2018-ci ildə isə "Vətən uğrunda" medalı[2] təltif edildi.
ÇHB-nin Yevlax Briqadasının Komandiri Misir Əliyev 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi zamanı hərbi əməliyyatların rəhbərlərindən oldu. Dövlət Sərhəd Xidməti tərəfindən müharibə zamanı bir sıra uğurlu hərbi əməliyyatlar aparıldı. Onlar sırasında 24 saat ərzində 105 Kilometr məsafədə ildırımsürətli hücumla Xudafərin, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsi, həmçinin Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” dağları işğaldan azad edildi. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları müharibə ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda oldu. Ümumi olaraq müharibə zamanı Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid oldu, 197 nəfər yaralandı və ya müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olmuş, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Misir Əziz oğlu Əliyev Azərbaycan Prezidenti İlham Əliyev 15.10.2020-ci il tarixli 2348 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3] Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə Misir Əliyev "Cəbrayılın azad olunmasına görə" medalı və "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4][5]
Misir Əliyev 17 iyul 2021-ci il tarixində Yevlax Briqadasının Komandiri vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti Döyüş Hazırlığı üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi.[6]
Azərbaycan Prezidenti İlham Əliyev 17 avqust 2022-ci il tarixli 3424 nömrəli Sərəncamı ilə Misir Əziz oğlu Əliyevə “general-mayor” ali hərbi rütbəsi verildi.[7]
General-mayor Misir Əliyev 2023-cü ildə Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edildi.
İstinadlar
redaktə- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli 1066 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2018-ci il tarixli 417 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 15.10.2020-ci il tarixli 2348 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli 2363 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının ali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2021-ci il tarixli 2769 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Prezidentinin 17.08.2022-ci il tarixli 3424 nömrəli Sərəncamı". www.e-qanun.az ( (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.[ölü keçid]