Mirze Mehemmedhesen Felekzade Sirvani - Wikipedia
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani (1851[1]-1917[2]) — Azərbaycan xanəndəsi.
Mirzə Məhəmmədhəsən İsmayıl oğlu | |
---|---|
Ümumi məlumatlar | |
Digər adı | Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə Şirvani |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | xanəndə |
Musiqi aləti | qaval |
Təhsili | Dini təhsil |
Üzvlüyü |
Şirvanın tanınmış el sənətkarlarından biri olan tanınmış xanəndə Mirzə Məhəmmədhəsən İsmayıl oğlu Fələkzadə XIX əsrin ortalarında Şamaxıda dünyaya gəlmiş, yaşayıb-yaratmışdır. Mirzə Məhəmmədhəsən şamaxılı mesenat Mahmud ağanın sarayında təşkil olunan muğam məclislərində püxtələşmiş, dövrünün məşhur xanəndələrindən biri kimi tanınmışdı. Şamaxı torpağının yetirməsi olan bu məşhur xanəndənin 1916-cı ildə "Nalə" adlı şeirlər kitabı nəşr olunmuşdur. Mirzə Məhəmmədhəsən "Sarıtorpaq şikəstəsi"nin və bir çox təsniflərin müəllifi olmuşdur. "Hümayun", "Şur", "Şüştər" və "Rast" muğamlarını, xüsusilə "Mənsuriyyə" zərbi-muğamını el şənliklərində, məclislərində böyük ustalıqla oxuyan xanəndənin ifa tərzinin öz yeri, öz gözəlliyi var idi.
İstinadlar
redaktə- ↑ "Pərvanə kimi yandı könül narə desinlər…" Arxivləşdirilib 2023-07-28 at the Wayback Machine — ANL.az
- ↑ "Unudulmayanlar" layihəsində xanəndə Mirzə Məhəmmədhəsən yad edilib Arxivləşdirilib 2020-10-31 at the Wayback Machine — Medeniyyet.az