Mirze Haqverdi Sefa - Wikipedia
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli (1805-1881) — şair, qazı.
Mirzə Haqverdi Səfa | |
---|---|
Mirzə Haqverdi Mirzə Əli oğlu Kəbirli | |
Təxəllüsü | Сяфа |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vətəndaşlığı |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Atası | Mirzə Əli bəy Qarabaği |
Fəaliyyəti | şair |
Həyatı
redaktəMirzə Haqverdi Səfa 1805-ci ildə Şuşa şəhəridə doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Mir Möhsün Nəvvab onun haqqında yazır: "Mərhum Mirzə əlinin oğludur ki, sabiqdə Şuşa qazisi idi. Mirzə Haqverdi ziyadə dəqiq və zərif bir vücud idi və əşarü kəlamından belə anlaşır ki, Şeyx əttar və Şəms Təbrizi kimi böyük və fazil ədiblərin asari-cəlilələrindən feyzü kamalat əxz edib, onların tutduğu təriqü məsləkdə müdavimət edib şer deyərmiş və əşarının çoxusu fars dilində yazılıbdır".
Mirzə Haqverdi Səfa Cəfərqulu xan Nəvanın və Qasım bəy Zakirin həcvlərinə tuş gəlmişdi. O, şeirlərini əsasən fars, ərəb dillərində yazmışdı. Mirzə Haqverdi Səfa 1881-ci ildə vəfat edib.
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Kəbirli eli. "Soy" dərgisi, 2 (7), Bakı, 2007.
- Ənvər Çingizoğlu. Haqverdiyevlər. "Soy" dərgisi, 1 (33), Bakı, 2010.