Mirze Hesen Xan Vusuqeddovle - Wikipedia
VÜSUQÜDDÖVLƏ Mirzə Həsən xan Mirzə İbrahim xan oğlu (1874–1950) — İran dövlət xadimi. Baş nazir.
Mirzə Həsən xan Vüsuqəddövlə | |
---|---|
Mirzə Həsən xan Mirzə İbrahim xan oğlu Vüsuqəddövlə | |
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Tehran, İran |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəDəfələrlə Məclisin deputatı seçilmiş, müxtəlif nazir vəzifələri daşımışdır. 1916–1917-ci il və 1918–1920-ci illərdə İranın baş naziri olmuşdur. 1919-cu ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətini qəbul etmiş. iki dövlət arasında dostcasına sıx münasibətlərin qurulacağına əminliyini bildirmişdir. Vətənə yola düşməzdən əvvəl Vüsuqüddövlə nümayəndə heyətini yenidən qəbul etmiş, İranın öz sərhədlərini Azərbaycan, Türküstan və digər ərazilər hesabma genişləndirmək niyyəti barədə İran nümayəndə heyətinin Versal konfransındakı bəyanatına münasibətini açıqlayaraq, ölkəsinin belə bir fıkri olmadığını bildirmişdi. Versal nümayəndə heyətinə protest göndərilərək, bu qeyri-dəqiq xəbərin təkzib olunması tapşırılmışdı. Vüsuqüddövlə hər iki dövlət üçün dostluq, qarşılıqlı əlaqə və çiçəklənmə dövrünün başladığına əminliyini bir daha vurğulamışdı.Vüsuqüddövlə hökuməti Versaldakı nümayəndə heyətinə konfransda Azərbaycan Xalq Cümhuriyyətinin suverenliyini dəstəkləmək barədə teleqram göndərmişdi. 1920-ci il martın 20-də, bolşevik işğalının yaxınlaşdığı şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Vüsuqüddövlə hökuməti Azərbaycanın müstəqilliyini de-yure tanıdı.Tərəflər dostluq, iqtisadi əlaqələrin yaradılması və inkişaf etdirilməsi, Tehranda Azərbaycan, Bakıda isə İran səfirliyinin açılması haqqında öhdəliklər götürdülər. Vüsuqüddövlə hökuməti 1919-cu il avqustun 9-da İngiltərə ilə saziş bağlamışdı. Həm ölkə daxilində, həm də xaricdə kəskin əks-reaksiya doğurmuş İngiltərə-İran sazişinin bağlanması Cənubi Azərbaycanda genişlənən milli azadlıq hərəkatına yeni təkan vermişdi. 1920-ci il Təbriz üsyanı nəticəsində iyunun 25-də Vüsuqüddövlə istefaya çıxmağa məcbur olmuş, 1921-ci ildə saziş ləğv edilmişdi.