Mirze Feteli Axundovun Ev Muzeyi Seki - Wikipedia
Mirzə Fətəli Axundovun ev muzeyi — Azərbaycan yazıçısı, maarifçisi, şairi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun Şəkidə yerləşən ev muzeyi. Axundov bu evdə doğulub və onun uşaqlıq və yeniyetməlik dövrləri də burada keçib. Bu muzey həm də Azərbaycanda açılmış ilk xatirə muzeyidir.[3]
Mirzə Fətəli Axundovun ev muzeyi | |
---|---|
Əsası qoyulub | 1940 |
Açılış tarixi | 1940-cı il |
Mövzu | Xatirə muzeyi |
Ölkə | |
Yerləşir | Şəki |
Ünvan | M.F.Axundov küç., 43 [1] |
Kolleksiyası | 248 eksponat |
Direktor | Ulduz Xəlilova[2] |
41°12′11″ şm. e. 47°11′49″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəEv 1800-cü ildə tikilib. 1811-ci ildə isə Mirzə Fətəli Axundovun atası Mirzə Məhəmməd Tağı tərəfindən alınıb. 1812-ci ildə burada Mirzə Fətəli Axundov dünyaya gəlib. 2 il sonra Axundovun atası ailəsi ilə birlikdə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçür. Mirzə Fətəlinin 13 yaşı olanda valideynləri boşanırlar. Sonradan 1825-ci ildə Axundov ailəsi ilə birlikdə Şəkiyə geri dönür. Bu dövrdən etibarən onun tərbiyəsi ilə anasının əmisi Axund Hacı Ələsgər məşğul olmağa başlayır. 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil aldıqdan sonra 1834-cü ildə Tiflisə gedir.
1940-cı ildə bu evdə muzey yaradılır. 2012-ci ildə Axundovun 200 illik yubileyinin şərəfinə muzey əsaslı şəkildə təmir olunub.
Haqqında
redaktəŞəkidə yerləşən Mirzə Fətəli Axundovun ev muzeyi Azərbaycanda açılmış ilk xatirə muzeyidir. Muzey iç-içə olan iki kiçik otaqdan ibarət idi. Evin yaxınlığında başqa bir tikili də var. Bu, sonradan inşa edilib və burada böyük yazıçının həyat yolu və yaradıcılığına aid ekspozisiya yaradılıb. M.F.Axundov ev muzeyi 2 binadan, həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya zalından və Axundovun anadan olduğu evdən ibarətdir.
Ev təxminən 1800-cü ildə Şəki memarlıq ənənəsi ilə, çiy kərpicdən inşa olunub, iki otaq, bir eyvan və zirzəmidən ibarətdir. Mərtəbələr arasında ağac konstruksiya var. Buxarısı da binanın şərq üslubunda tikildiyini göstərir. Otaqlarda qədim əşyalar sərgilənir. Vaxtilə həyətdə daş və kərpic divarlar, şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəli Axundzadənin əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir ev də olub.[4]
1975-ci ildə "Ekspozisiya" zalı tikilib. Mirzə Fətəli Axundzadənin ev-muzeyində 2011-2012-ci illərdə təmir işləri aparılıb. Muzeydə 248 eksponat nümayiş etdirilir.[5]
Şəkillər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "M.F.Axundovun ev-muzeyi". sheki.mctgov.az. 5 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
- ↑ İctimai TV. "Şəkidə Azərbaycanın ilk xatirə muzeyi" (az.). Youtube.com. 15.03.2024. 2024-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-15.
- ↑ "Böyük dramaturqun ziyarətçisiz ev muzeyi - FOTO". news.milli.az. 20 may 2013. 8 noyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
- ↑ "M.F.Axundovun ev muzeyi". sheki.heritage.org.az. 15 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.
- ↑ "Şəkidə M.F.Axundzadənin ev-muzeyi". anl.az. 5 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 mart 2020.