Mirze Ferrux Xan Qaffari - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Mirzə Fərrux xan Qaffari (12 iyul 1812, Kaşan, İsfahan ostanı – 1871, Tehran) — İranın ictimai-siyasi xadimi, diplomat.
Mirzə Fərrux xan Qaffari | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 iyul 1812 |
Doğum yeri | |
Vəfat tarixi | 1871 |
Vəfat yeri | |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMirzə Fərrux xan Mirzə Məhəmmədmehdi xan oğlu 1812-ci ildə Kaşan şəhərində anadan olmuşdu. Ünlü Qaffari soyuna mənsubdur. Mükəmməl mədrəsə təhsili almışdı. Əminəddövlə ləqəbi daşıyırdı.
Mirzə Fərrux xan Qaffari Qacarlar dönəmində İranın Fransada vəziri-muxtarı (səfiri) olmuşdu.
Mirzə Fərrux xan Qaffari (1856–1857)-ci illər İran-Böyük Britaniya savaşına görə Londonlu diplomatlarla danışıqlar aparmışdı. İngilis diplomatı Stratford de Redklif ondan İranda İngiltərənin missiyasını genişləndirməsində yardımını xahiş etmiş, Mirzə Fərrux xan ona müəyyən bir cavab verməmişdi.
Mirzə Fərrux xan Qaffari 1871-ci ildə Tehran şəhərində vəfat edib.
Ailəsi
redaktəMirzə Fərrux xan Qaffarinin Məhəmmədibrahim xan,Məhəmmədmehdi xan, Məhəmmədhüseyn xan, Məhəmmədhəsən xan adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.