Mirze Abdulla Xan Diba - Wikipedia
Mirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Diba-Təbatəbai (1870-1932) — ədib, İran məşrutə hərəkatının əleyhdarı.
Mirzə Mehdi xan Diba | |
---|---|
Digər adı | Salar-Ərfə |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Qacarlar dövləti |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, İran |
Həyatı
redaktəMirzə Abdulla xan Hacı Mirzə Məhəmmədrəfi oğlu Təbatəbai-Diba Təbriz şəhərində anadan olmuşdu. Atası Hacı Mirzə Məhəmmədrəfi Nazimülüləma şəhərin böyük mərtəbəli din xadimlərindən idi. Oğlu Abdullaya əvvəlcə ev, sonra mədrəsə təhsili vermişdi.
Mirzə Abdulla xan bütün elmlərə bələd olduqdan sonra siyasi-ictimai işlərlə ilgilənmişdi. Salar-Ərfə ləqəbini daşıyırdı.
Salar-Ərfə Eynüddövləyə xidmət etmişdi. Məşrutə hərəkatı dönəmində Təbrizə hücum edən şahpərəstlərin sərkərdələrindən biri idi.
Şəcərəsi
redaktəMirzə Abdulla xan ibn Hacı Mirzə Məhəmmədrəfi ibn Hacı Mirzə Əliəsgər ibn Mirzə Rəfi ibn Mirzə Əbutalib vəzir ibn Mirzə Səlim naibülsədr ibn Mirzə Məhəmmədsəid Mirzə Əli Kəbir ibn Mirzə Rəfi ibn Mir Mütəllib ibn Mir Fəttah ibn Məhəmməd Sədrəddin ibn Məcidəddin ibn Seyid İsmayıl ibn Mir Əli Kəbir (Şah mir) ibn Mir Əbdülvəhhab ibn Seyid Xəlil Əmir Əbdülqəffar ibn Əmir Hacı Seyid İmadəddin ibn Seyid Həsən Fəxrəddin ibn Seyid Məhəmməd Kamaləddin ibn Seyid Həsən ibn Seyid Əli Şəhabəddin ibn Mir Əli İmadəddin ibn Seyid İmad ibn Seyid Əli İmadəddin ibn Məhəmməd Əbülhəsən ibn Seyid Əhməd ibn Abdulla ibn Seyid İsmayıl Dibac ibn Seyid İbrahim əl-Qəmər ibn Həsən əl-Müsənna ibn Hüseyn ibn Əli.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Diba ailəsi, "Soy" elmi-kütləvi dərgi, 2011, №10, səh.52-64.