Mirze Ebu Turab Axundzade - Wikipedia
Mirzə Əbu Turab Axundzadə (1817, Bakı – 1910, Bakı) — İslamşünas alim, din xadimi. Mədinədə və Bağdadda təhsil alıb. Mövhumata, dini fanatizmə, baş yarmağa və zəncir vurmağa qarşı olub. Məhz buna görə də ölkədəki bəzi radikal dindarlar tərəfindən hədələnib, təqiblərə məruz qalıb.
Mirzə Əbu Turab Axundzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Əmircan, Bakı |
Dəfn yeri | Pir Həsən məzarlığı |
Uşaqları |
Məhbubə Həbib |
Ölümündən sonra qəbrinin üzərində türbə ucaldılıb. Həmin türbə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.
Həyatı
redaktəMirzə Əbu Turab Axundzadə 1817-ci ildə Əmircan kəndində anadan olub.[1][2] İlk təhsilini Bakıda, Mirzə Həsib Qüdsinin mədrəsəsində alıb.[1] Daha sonra isə Mədinədə və Bağdadda təhsil alıb. Ərəb, fars, türk və rus dillərini bilib. Onun əsl adı məlum deyil. "Əbu Turab" adını Ərəbistanda dini təhsil adığı illərdə ləqəb kimi alıb.[3]
Dövrünün açıq dünya görüşlü ilahiyyatçılarından olub. Mövhumata, dini fanatizmə, baş yarmağa və zəncir vurmağa qarşı olub. Məhz buna görə də ölkədəki bəzi radikal dindarlar tərəfindən hədələnib, təqiblərə məruz qalıb.[4]
1845-1846-cı illərdə alim iki dəfə Tiflis şəhərinə dəvət olunub, Qafqaz canişini və Zaqafqaziya Şeyxulislamı Məhəmmədəli Hüseynzadə tərəfindən ona Bakı vilayət qazısı vəzifəsini icra etmək təklif olunub. Lakin o, bu vəzifədən imtina edib.[5]
1901-ci ildə öz qızını təhsil alması üçün Hacı Zeynalabdin Tağıyevin yeni açdırdığı Qızlar məktəbinə qoyub.[3][6] Əbu Turabın təşəbbüsü ilə Əmircan kəndində də ilk dəfə olaraq qızlar mədrəsəsi açılıb.[7] Həyat qəzetində müxtəlif məqalələrlə çıxış edib.[4][8] 1907-ci ildə Tiflisdə kitabça kimi nəşr edilmiş "Bizə hansı elmlər lazımdır?" məqaləsində irəli sürülən məsələlər ətrafında qızğın mübahisələr gedib.[9]
1914-cü ildə Orucov qardaşlarının nəşriyyatında Axund Mirzə Əbu Turabın "İslamın təfriqəsi səbəbləri” adlı kitabı nəşr edilib.[1]
1908-ci ildə dünyasını dəyişib və Mərdəkanda Pir Həsən məzarlığında dəfn edilib.[10]
Türbəsi
redaktə1908-ci ildə Murtuza Muxtarovun sifarişi ilə[11] İosif Ploşkonun layihəsi əsasında Mirzə Əbu Turab Axundzadənin məzarının üzərində türbə ucaldılıb.[12] Türbənin daxilində və ətrafında ümumilikdə 4 sənduqə tipli məzar daşı var. Türbənin mərkəzində daşdan yonulmuş və ornamentlə bəzədilmiş sənduqə qəbir Axund Abuturaba, onun ayaq tərəfində yerləşdirilən sənduqə isə xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevə məxsusdur.[13] Milyonçu 1924-cü il sentyabrın 4-də öz vəsiyyətinə uyğun olaraq Axund Abuturabın ayağı altında (məzarının aşağı hissəsində) dəfn olunub.[14] Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım da vəfat etdikdən sonra 1991-ci ildə atasının yanında dəfn olunub.[13] Bundan başqa türbənin ərazisində Sara Tağıyevanın repressiyaya məruz qalmış həyat yoldaşı Zeynal bəy Səlimxanovun da məzar daşı var. Zeynal bəy Səlimxanov repressiya qurbanı olduğu üçün harda dəfn olunduğu bilinmir. Qoyulmuş məzar daşı isə rəmzidir.[15]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra türbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[16][17]
Əsərləri
redaktə- Bizə hansı elmlər lazımdır. Tiflis: "Qeyrət" mətbəəsi, 1907 (Ə. Hüseynzadə, Ö. F. Nemanzadə, Molla Nəsrəddin ilə birgə).[18]
- İslamın təfriqəsi səbəbləri Bakı: Nəşriyyati-bəradəran Orucov, 1914.[19]
- İslamın təfriqəsi səbəbləri. Bakı: Azərnəşr, 1993 (mətnin transliterasiyasını, ön sözü, lüğəti çapa haz.: N. Göyüşov, M. Babaşov; red.: M. Nağıyev).
İstinadlar
redaktə- ↑ 1 2 3 Dünyaminqızı, Qərənfil. "Axund Mirzə Əbu Turab kim olub?". kaspi.az (az.). 2017-01-24. 2020-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ "Mirzə Əbu Turab Axundzadə". sirat.az. 2022-07-21. 2023-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ 1 2 Abbasov, Yaqub. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər (az.). Bakı: Nurlar nəşriyyatı. 2007. 13. ISBN 9952-426-77-1.
- ↑ 1 2 İlkin, Qılman. Bakı və bakılılar (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2006. 252. Archived from the original on 2018-02-19. İstifadə tarixi: 2020-05-17.
- ↑ Vəlioğlu, Faiq. Azərbaycanın görkəmli İslam alimləri (az.). Qum. 2000. 181.
- ↑ İlkin, Qılman. Bakı və bakılılar (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2006. 253. Archived from the original on 2018-02-19. İstifadə tarixi: 2020-05-17.
- ↑ "Mərdəkan qəsəbəsi Abu Turab türbəsi". sirat.az. 2022-01-04. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ Quluzadə, Musa. Azərbaycan SSR-də dövlət və din münasibətləri (1920-1991-ci illər) (PDF) (az.). Bakı. 2006. 101. 2024-09-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-06.
- ↑ Abbasov, Yaqub. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər (az.). Bakı: Nurlar nəşriyyatı. 2007. 14. ISBN 9952-426-77-1.
- ↑ "Axund Abuturab türbəsi". irs.gov.az. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ İlkin, Qılman. Bakı və bakılılar (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2006. 208. Archived from the original on 2018-02-19. İstifadə tarixi: 2020-05-17.
- ↑ Сулейманова, Наргиз. "Муртуза Мухтаров - капиталист и меценат". ru.echo.az (rus). 2017-06-18. 2018-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ 1 2 Aydın, Xanım. "Qorxunun qorxu ilə çıxarıldığı məkan". kaspi.az (az.). 2023-02-11. 2023-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ İlkin, Qılman. Bakı və bakılılar (PDF) (az.). Bakı: Nurlar nəşriyyatı. 2006. 201. Archived from the original on 2018-02-19. İstifadə tarixi: 2020-05-17.
- ↑ Fərəcova, Zöhrə. "Müqəddəslərin məkanı - Pir Həsən". https://azerbaijan-news.az (az.). 2018-11-27. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ "Mədəniyyət sahəsində elektron məlumat sistemi / Axund Abuturab türbəsi". regex.mct.az. 2024-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-06.
- ↑ Axund, Əbu Turab. "بزه هانسی علملر لازمدر؟" [Bizə hansı elmlər lazımdır?]. Rusiya Dövlət Kitabxanası. 2012-04-11. İstifadə tarixi: 2024-10-13.
- ↑ Axundzadə, Axund Hacı Mirzə Əbu Turab. "اسلامک تفرقه سی سببلری" [İslamın təfriqəsi səbəbləri]. Rusiya Dövlət Kitabxanası. 2012-04-11. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.