Mirze Ebdulxaliq Yusif - Wikipedia
Əbdülxalıq Yusifi, Mirzə Əbdülxalıq Yusif (1853, Bakı – 1924) — Azərbaycan şairi. Bakıda "Məcməüş-şüəra" məclisinin fəal üzvlərindən biri.[1]
Əbdülxalıq Yusif | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Əbdülxalıq Yusif Vikimənbədə |
Həyatı
redaktəMirzə Əbdülxalıq Yusif 1853-cü ildə Bakıda doğulmuşdur. O əvvəllər Aşqabadda ticarətlə məşğul olmuş, sonra köçüb ömrünün axırına kimi Bakıda yaşamışdır. Atasının adı Yəqub olduğu üçün özünə "Yusif" təxəllüsünü götürən şair müasirlərindən Seyid Əzim, Molla Ağa Bixud, Əbdülxalıq Cənnəti, Mirzə Səməndər və başqaları ilə dostluq etmiş, onlarla şeirləşmişdir. Əbdülxalıq Yusif 1924-cü il noyabrın 2-də vəfat etmişdir.
Onun Füzuli və digər sənətkarların təsirilə yazılmış aşiqanə qəzəllərdən ibarət kiçik divanı qalmışdır.
Əbdülxalıq Yusifi qəzəlləri ilə məşhurdur. O, S. Ə. Şirvani ilə şeir məclislərində iştirak etmiş və onunla əlaqə saxlamışdır. Qəzəllərindən bir neçəsi 1981-ci ildə Bakıda nəşr olunmuş "Deyilən söz yadigardır" kitabında çap olunmuşdur[2].
İstinadlar
redaktə- ↑ Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A. M. Babayev, Bakı, "Maarif", 1993, səhifə 115.