Mirze Ismayil Irevan - Wikipedia
Mirzə İsmayıl — İrəvan xanı Hüsenqnulu xanın maliyyə işləri üzrə vəziri.
Mirzə İsmayıl | |
---|---|
Şəxsi məlumatlar | |
Fəaliyyəti | maliyyəçi |
Həyatı
redaktəMirzə İsmayıl Rusiya işğalından sonra xanlığın maliyyə sistemi haqqında İvan Şopenə çox qiymətli məlumatlar vermişdi.[1]Xanlıq işğal olunduqdan sonra, 1829–1832-ci illərdə keçirilmiş kameral siyahıyaalınmada tiyul kəndlərinin sayı haqqında ikili məlumat verilmişdir. Bu, həm Hüseynqulu xanın vəziri Mirzə İsmayıl tərəfindən rus məmurlarına təqdim edimiş, həm də yerli əhalinin verdiyi məlumatdır. Bu məlumatlara görə, işğal ərəfəsində İrəvan xanlığında 42 tiyul kəndi olmuşdu.[2]
İrəvan xanlığı dövründə müxtəlif kənd təsərrüfatı məhsullarından dövlət xəzinəsinə gələn gəlirin miqdarı Hüseynqulu xanın vəziri Mirzə İsmayılın rus məmurlarına verdiyi vergi siyahısı üzrə müəyyən edilmişdi.[2] Buna baxmayaraq, bu məlumatın dəqiqliyinə şübhə edildiyindən, 1829-cu ildə yenidən ümumi gəlir haqqında yoxlama keçirilmiş və çox az fərqli nəticə əldə olunmuşdu. Belə ki, vəzir Mirzə İsmayılın vergi cədvəlinə əsasən, Hüseynqulu xanın dövründə dövlət xəzinəsinə hər il vergi kimi gələn kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 305.218 rubl, 51 qəpik, 1829-cu ildə keçirilən kameral təsvirə görə isə bu növ verginin məbləği 314.027 rubl 4 qəpik olmuşdu.[3]
İstinadlar
redaktə- ↑ Qarayev, 2016. səh. 272-273
- ↑ 1 2 Qarayev, 2016. səh. 339
- ↑ Qarayev, 2016. səh. 356
Ədəbiyyat
redaktə- Qarayev, Elçin. Azərbaycanın İrəvan bölgəsinin tarixindən: XVII yüzilliyin sonu - XIX yüzilliyin ortalarında (az.). Mütərcim. 2016.