Mirvari Sirgali Qiz - Wikipedia
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar.
Mirvari sırğalı qız | ||
---|---|---|
Het meisje met de parel | ||
| ||
Rəssam | Yan Vermeer | |
Tarixi | ≈ 1665 | |
Üslubu | tronie[d] | |
Texnikası | Yağlı boya | |
Ölçüləri | 44,5 sm[1][2] × 39 sm[1][2] | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Maurisxeys Kral Qalereyası | |
Vəziyyəti | Muzeydə sərgilənir | |
Saytı | mauritshuis.nl | |
İnventar nömrəsi | 670 | |
Vikianbarda əlaqəli mediafayllar |
Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir.
1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır.
Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı.
1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır. Hal-hazırda çoxları bu əsərin saxta olduğunu güman edir. Vermer eksperti Arthur Wheelock 1995-ci ildəki araşdırmalarında iddia edirdi ki, bu saxtakarlıq Han van Meegeren-in dostu, rəssam, saxta pul kəsməklə məşğul olan Theo van Wijngaarden tərəfindən edilmişdir.
Əsərin təsirləri
redaktə1999-cu ildə Tracy Chevalier bu tablonun yaranmasından bəhs edən ""Mirvari tanalı qız" adlı tarixi roman yazmışdır. Romanda Vermeerin şəklin çəkilməsi üçün pulla tutlmuş Griet adlı (uydurma) qulluqçu ilə yaxınlığından və "Mirvari tanalı qız" əsəri çəkilərkən Grietin onun arvadının mirvari sırğasını taxdığından bəhs edilir. Bu romanın motivləri əsasında 2003-cü ildə baş rolda Skarlett Yohanssonun oynadığı eyni adlı film çəkilmiş və 2008-ci ildə tamaşaya qoyulmuşdur.
Xarici keçidlər
redaktə- Mirvari tanalı qız Mauritshuisin rəsmi saytında Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine