Mirvari Rehimzade - Wikipedia
Mirvari Rəhimzadə (Tam adı: Mirvari Əziz qızı Rəhimzadə; d.8 fevral, 1958, Bakı - ö.17 iyun, 2016, Bakı) — Azərbaycan publisisti və jurnalisti[1]; Azərbaycan Respublikasının əməkdar jurnalisti
Mirvari Rəhimzadə | |
---|---|
Mirvari Əziz qızı Rəhimzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Bakı şəhəri |
Dəfn yeri | Saray qəsəbəsi |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Jurnalist -publisist |
Təhsili | ali - Azərbaycan Dövlət Universiteti |
Fəaliyyəti | jurnalist |
Mükafatları | "Azərbaycan Respublikasının əməkdar jurnalisti" “Qızıl Qələm” “Məhsəti Gəncəvi” “Həsən Bəy Zərdabi” |
Həyatı və yaradıcılığı
redaktəMirvari Rəhimzadə 8 fevral 1958-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirib. “Respublika gəncləri”,”Azərbaycan”, "Hər Gün" qəzetlərində çalışıb. “Respublika” qəzetində redaktor vəzifəsində çalışıb. Mirvari Rəhimzadə Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirərək, iki cildlik “Allahın eşqiylə” kitabını yazıb.[2] Təhsil problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu ilə birgə “Sabaha saçılan nur” kitabını yazıb.[3] Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik, Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmiş Vəli Yusif oğlu Axundov haqqında kitabın müəllifidir.
Mükafatları
redaktəR.Mirvari “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatıdır. Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Respublikanın əməkdar jurnalisti" adına layiq görülüb.
Haqqında deyilənlər
redaktəGörkəmli akademik Vasim Məmmədəliyevin Mirvari xanım haqqında söylədiklərindən:[1]
“Respublikanın əməkdar jurnalisti, “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatı, publisist Mirvari Rəhimzadənin Azərbaycanın bir qədər unudulmuş parlaq şəxsiyyətləri ilə bağlı arxiv materiallarını araşdırması və bu şəxsiyyətlər haqqında həqiqəti olduğu kimi şərh edərək mətbuat tariximizdə dəyərli kitabları ilə çıxış etməsi çox təqdirəlayiqdir. Məsələn, Azərbaycan milli burjuaziyasının banisi, dövrünün millət atası, mesenat, xalqımızın fəxri Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirdiyi iki cildlik “Allahın eşqiylə” kitabi bu nöqteyi-nəzərdən çox qiymətlidir. Vəli Yusif oglu Axundovun həyat və fəaliyyəti ilə bağlı onilliklər boyu topladığı materiallar və müsahibələr, arxiv materialları da bu nəcib ziyalı haqqında nəfis bir kitabı ortaya qoyan Mirvari xanım öz prinsiplərinə sadiqdir. Ölkəmizin sayseçmə ziyalılarının Vəli Axundov haqqındakı xoş xatirələri insanı bir daha düşündürür. Həqiqət budur ki, doğrudan da nəcib əməl sahibləri insayların yaddaşında həmişəlik yaxşı insan kimi yaşayır. Biz də bu sahədəki araşdırmalarını davam etdirmək üçün Mirvari Rəhimzadəyə uğurlar arzulayıram". |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Həssas qələm sahibi – Mirvari xanım[ölü keçid]
- ↑ "Hacı Zeynalabdin Tağıyevin xatirə günü qeyd edilmişdir". 2019-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-03.
- ↑ açılan nur kitabının təqdimatı-329811 “SABAHA SAÇILAN NUR” KİTABININ TƏQDİMATI[ölü keçid]
- ↑ "Azərbaycanın "Əməkdar jurnalisti" vəfat etdi…". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-03.