Miroslav Hrox - Wikipedia
Miroslav Hrox (çex. Miroslav Hroch; 14 iyun 1932[1][2][…], Praqa[3][4]) — Çexiya tarixçisi və siyasi nəzəriyyəçisi. O, Praqada Karlov Universitetinin professorudur. Hrox 1962-ci ildə Karlov Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır.[5] O, 30 may 1997-ci ildə İsveçin Uppsala Universitetinin Humanitar Elmlər Fakültəsinin Fəxri Doktoru dərəcəsi almışdır.[6]
Miroslav Hrox | |
---|---|
Doğum tarixi | 14 iyun 1932[1][2][…] (92 yaş) |
Doğum yeri | |
İş yeri |
|
Miroslav Hrox öz işində kiçik millət modelini ortaya qoymuş, milliyətçilik dövrü olan XIX əsrdə Avropada dövlətli və aralıq millətlərin olduğunu yazmış, eləcə də həm millət ola bilməyən, həm də dövlətləri olmayan qeyri-dominant etnik qruplara toxunmuşdur. O, müqayisə üçün dövlətli millətləri inkişaf etmiş dilə, hakim sinfə və dövlətə sahib bir millətin uzunmüddətli transformasiyası olaraq təsvir edir. Hrox aralıq millətləri alman və italyan nümunələri kontekstində millət olan bir xalqın dövlətlərinin inteqrasiyası kimi xarakterizə edir. O, hakim sinfə, inkişaf etmiş dilə və dövlətə sahib olmayan qeyri-dominant etnik qrupları kiçik millət və ya məhkum millətlər olaraq adlandırmışdır. Belə olduğu halda, Hroxa görə, kiçik millətlər üçün fərqli anlayış və model təklif etmişdir. O, əvvəla, millət quruculuğunun fərqliliyini ortaya qoymaq üçün "milliyətçilik" yerinə "milli hərəkat" anlayışına üstünlük vermişdir. Bundan başqa, Miroslav Hrox milli hərəkatı üç mərhələyə ayırmışdır:[7]
- A mərhələsi – burada milli hərəkatların proqramlarında milli hədəf əsas məsələ olmadığından akademik maraq dövrü olaraq xarakterizə edilir. Belə ki, ziyalılar dini anlayış əsasında inşa edilmiş dünya görüşünü aydınlanma prinsipləri çərçivəsində tənqid edirlər.
- B mərhələsi – bu, qeyri-dominant etnik qrupların asılı olduqları imperiyaların yaşadıqları böhranlar, inqilablar və.s nəticəsində milli canlanma (national agitation) mərhələsi olaraq konsepsiyalaşdırılmışdır. Yəni, burada milli hərəkatın liderləri, ziyalılar asılı olduqları imperiyanın kimlik anlayışını sorğulamağa başladılar. Buna baxmayaraq, öz müqəddəratını təyin kontektsində bir siyasi/milli tələb ortaya çıxmadı.
- C mərhələsi – siyasi tələbin milli hərəkat proqramında əsas hədəfə çevrildiyi mərhələdir.
Əsərləri
redaktə- Social preconditions of national revival in Europe, 1985, English translation of Die Vorkämpfer der nationalen Bewegungen bei den kleinen Völkern Europas, Praha, 1968.
- In the National Interest. Demands and goals of European national movements of the nineteenth century: a comparative perspective, 2000.
- European nations. Explaining their formation, 2015, English edition of Das Europa der Nationen, 2005.
İstinadlar
redaktə- ↑ 1 2 Miroslav Hroch // The Fine Art Archive. 2003.
- ↑ 1 2 Miroslav Hroch // Catalogue of the Library of the Pontifical University of the Holy Cross.
- ↑ 1 2 Evidence zájmových osob StB.
- ↑ 1 2 The Fine Art Archive.
- ↑ "Prof. PhDr. Dr.h.c. Miroslav Hroch, DrSc". Charles University in Prague. 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-16.
- ↑ "Honorary doctorates - Uppsala University, Sweden". 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-16.
- ↑ Vəliyev, Orxan. "Azərbaycan Milli Hərəkatı: Millətin və Dövlətin Axtarışı (1850–1920)". "Milliyət" Araşdırma Mərkəzi (az.). avqust 2021. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2022.