Mirheyder Mirzeyev - Wikipedia
Mirheydər Mirzəyev — Tarixçi, BDU-nun müəllimi, tarix elmləri namizədi, dosent, Qədim dünya tarixinin tədqiqatçısı.[1]
Həyatı və yaradıcılığı
redaktəMirheydər Nəzər oğlu Mirzəyev 1948-ci il, iyul ayının 5-də Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Atası Mirzəyev Nəzər Miri oğlu 1941-1945-ci illərdə həkim-feldşer kimi Vətən müharibəsi iştirakçısı olmuşdur. 1949-cu ildə vəfat edib. Anası Şahbazova Qızxanım Kəlbəlayiabış qızı kolxozçu olmuşdur. M.N.Mirzəyev 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1971-ci ildə təhsilini başa vurduqdan sonra, qısa bir müddət Cəlilabad rayonu, Novoqolovka kənd məktəbində tarix-coğrafiya müəllimi işləmiş, daha sonra 1972-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olaraq ali təhsilini davam etdirmişdir. Aspiranturada təhsil aldığı müddətdə qədim Akkad dilini öyrənmək məqsədilə, Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə ezam olunmuşdur. 1973-1975-ci illərdə həmin fakültədə həm şumer, həm də akkad dillərində oxumağı bacaran, mixi yazını tədris edən professor Rostislav Antonoviç Qribovun rəhbərliyi ilə Akkad dili üzrə filoloji hazırlıq kursunu bitirmişdir. Aspirantura təhsilini başa vurduqdan sonra Mirheydər Mirzəyev Azərbaycan Dövlət Universitetinin “Ümumi tarix” kafedrasında, 1979-cu ildən isə “Qədim dünya və orta əsrlər tarixi” kafedrasında müəllim, baş müəllim, dosent işləmişdir. O, görkəmli elm xadimi, professor Y.Yusifovun rəhbərliyi ilə “Babilistan Kassi sülaləsinin hakimiyyəti dövründə (e.ə. XVI-XII əsrlər)” mövzusunda namizədlik dissertasiyası üzərində tədqiqat işi aparmış və 1995-ci ildə müdafiə etmişdir. Bakı Dövlət Universitetində müəllimi kimi fəaliyyət göstərməklə yanaşı, 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri vəzifəsini icra etmişdir.[2] Keçmiş SSRİ məkanında Akkad dili və Mixi yazılar üzrə az sayda olan mütəxəssislərdən biri olmuşdur. Onun tədqiqatları və əsərləri Qədim dünya tarixinin istər dünya, istərsə də Azərbaycan alimləri tərəfindən Mesopotamiya, Babilistan və İran tarixinin kifayət qədər öyrənilməmiş dövrlərini əhatə etməklə, bir çox müasir tədqiqatçılar üçün mənbə rolunu oynayır. Görkəmli tarixçi 2007-ci ilin noyabrında qəflətən ürək tutmasından vəfat etmişdir.[1]
Biblioqrafiya
redaktəƏsərləri
redaktə- Mirzəyev M.N. Babil Kassi sülaləsinin ağalığı dövründə (e.ə. XVI-XII əsrlərdə) / Namizədlik dissertasiyasının avtoreferatı, Bakı, 1995, 60 s. (rusca)
- Mirzəyev M.N. Yaqub Mahmudov-60. Biblioqrafiya. Bakı: Altay, 1998
- Əsməd Muxtarova. Türk xalqlarının tarixi/ Dərs vəsaitinin elmi redaktoru M.N.Mirzəyev. Bakı 1998
- İsmayıl Məmmədov. Hunlar/Dərs vəsaitinin elmi redaktoru M.N.Mirzəyev. Bakı 1997
- Qədim dünya tarixi. 6-cı sinif. Ümumtəhsil məktəbləri üçün dərslik. Bakı: Maarif, 2001. (V.N.Əliyev İ.A.Babayevlə birlikdə)
- Tarix fakültəsinin qiyabi tələbələri üçün ixtisas fənlərindən metodik vəsait/ M.Fətəliyevlə birlikdə. Bakı: BDU nəşriyyatı 2002
- Yusifov Y.B. Qədim Şərq tarixi./ Dərsliyin elmi redaktorları tarix elmləri doktoru İdeal Nərimanov və tarix elmləri namizədi Mirheydər Mirzəyev. Bakı: Çıraq, 2005.
- Qədim şərq tarixi. metodik vəsait. Bakı: BDU nəşriyyatı, 2001.
Məqalələri
redaktə- Mirzəyev M.N. Kassi Babilində quldarlıq münasibətləri haqqında // V.V.Struveninin xatirəsinə həsr olunmuş Qədim Şərq üzrə VIII Ümumittifaq konfransı. Moskva 6-9 fevral, 1979. M., 1979, s. 61-62 (rusca)
- Mirzəyev M.N. Kassi Babilinin mədəniyyətinin bəzi aspektləri // Qədim şərq mədəniyyəti və ali məktəbdə onun tədrisi məsələləri. Tezislər. Dauqavpils, 1981 (rusca)
- Mirzəyev M.N. e.ə. XIV-XIII əsrlərdə Kassi Babilində daşınar əmlak qiymətləri // Qədim tarix xəbərləri № 3, M., 1982, s. 77-90 (rusca)
- Mirzəyev M.N. Babilistan kassilərin hakimiyyəti dövründə (XVI- XII yüzilliklər) // 1983-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi Konfransın materialları Tezis, Bakı 1984, s. 56-57
- Mirzəyev M.N. «Qədim dünya tarixi» üzrə proqram. Tərtib edənlər V.İ.Kuzişşin, S.S.Solovyova/ Rus dilindən tərcümə edən M.N.Mirzəyev. Bakı, 1984, 64 s.
- Mirzəyev M.N. Qədim Babil mədəniyyətində dinin rolu// Yaxın və orta şərq ölkələrinin ictimai-siyasi həyatında dinin yeri (elmi əsərlərin tematik məcmuəsi) Bakı, 1985, s. 9-15
- Mirzəyev M.N. Kassilər dövründə Babilistanın Misirlə əlaqələrinə dair//1981-1985-cı illərdə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş elmi-praktiki konfransın materialları. Bakı, 1985
- Mirzəyev M.N. «Babilistan e.ə.II minillikdə». İxtisas kursu proqramı. Bakı, 1986, 12 s.
- Mirzəyev M.N. Kassi Babilində quldarlıq haqqında// Qədim tarix xəbərləri, № 4, М., 1988, s. 109-131 (rusca)
- Mirzəyev M.N. Kassilərin hakimiyyəti dövründə Babilin Misirlə əlaqələri haqqında// Qədim və orta əsr Şərqi və Aralıq dənizi Hövzəsi. (elmi əsərlərin tematik toplusu). Bakı, 1989, s. 24-37
- Mirzəyev M.N. Kassi Babilində dövlət idarəçiliyi haqqında // Tarix və onun öyrənilməsi problemləri, IV buraxılış. Bakı, 1993, s. 44-59 (rusca)
- Mirzəyev M.N. e.ə. XIV-XII əsrlərdə Kassi Babilinin qonşu dövlətlərlə münasibətləri (I məqalə) // Tarix və onun problemləri, Bakı.1997.№ 2, s. 242-252 (rusca)
- Mirzəyev M.N. Yusif Bəhlul oğlu Yusifovun xatirəsinə// Tarix və onun problemləri, Bakı.1998, № 1, s 281-285. (Q.Qeybullayevlə birlikdə)
- Mirzəyev M.N. e.ə. XIV-XII əsrlərdə Kassi Babilinin qonşu dövlətlərlə münasibətləri (II məqalə) // Tarix və onun problemləri Bakı.1998, № 3, s. 14-22 (rusca)
- Mirzəyev M.N. Həvil Abdulla oğlu Həvilov – 60// Tarix və onun problemləri. Bakı,1998, № 3 s. 229-231 (N.Quliyevlə birlikdə)
- Mirzəyev M.N. Kassi sülaləsinin süqutundan sonrakı dövrdə Kassi etnosunun babil tarixində yeri // Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. 27-29 cild may, humanitar və sosial-siyasi elmlər. Bakı 1998
- Mirzəyev M.N. Vətəndaş, alim-ziyalı ( Yaqub Mahmudovun 60 illiyinə). “Xalq” qəzeti, 6 fevral 1999 (həmmüəllif)
- Mirzəyev M.N. Axtarışda keçən ömür // Tarix və onun problemləri, Bakı,1999, № 1. s 215-216.
- Mirzəyev M.N. Nəsimi Məmməd oğlu Quliyev-60// Tarix və onun problemləri, Bakı, 1999, № 3/4 s. 215-216 (M.Fətəliyevlə birlikdə)
- Mirzəyev M.N. Zəhmətlə yoğrulmuş ömür// Tarix və onun problemləri, Bakı, 1999, № 3/4, s 217-218 (M.Fətəliyevlə birlikdə)
- Yusif Bəhlul oğlu Yusifovun elmi irsinə dair// Tarix və onun problemləri, Bakı, 2002, № 1, s. 193-209
İstinadlar
redaktə- ↑ 1 2 "Mirheydər Nəzər oğlu Mirzəyev haqqında (ailəsinin verdiyi məlumatlar əsasında)". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-06.
- ↑ A.A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: Təhsil, 2005, s. 24