Mircavad Axundzade - Wikipedia
Mircavad Seyidhəsən oğlu Axundzadə (1909 – 1996) — Azərbaycanın ilk peşəkar fotoqrafı.
Mircavad Axundzadə | |
---|---|
Mircavad Seyidhəsən oğlu Axundzadə | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Həyatı
redaktəMircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Atası Seyidhesen Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanmışdır. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq etmişdir. Oğlu Seyidağa (Mircavadın atası) H.Z.Tağıyevin “Kaspi” mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda məqalələri çap olunmuşdu.
Fəaliyyəti
redaktəO, 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı fotoqraf kimi tarixə düşmüşdür.Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə "Ağ-qara dünya" sənədli filmi də çəkilib.Rejissor Ş.Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə “Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb. “Bu mənim ilk sənədli filmim oldu. Çəkilişlər Maştağada aparıldı. Biz filmi onun yaşadığı evdə çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi ilə yaşayırdı. Film sanki yaxın keçmişimizə bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri fotolarla yanaşı, digər fotoqrafların da şəkilləri yer alıb. Filmdə həyatın müxtəlif anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən nəsillərə ötürən fotolar göstərilib.”Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. “Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı.”
Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib. Dünyadan köçəndən sonra fotoqrafın evi satılanda arxivi köhnə evdə qalaraq itib.
Xatirəsi
redaktə1991-ci ildə Şamil Nəcəfzadə tərəfindən "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsalı Ağ-qara dünya adlı qısametrajlı sənədli film həsr olunmuşdur.
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktə- Axundzadələr
- Ağ-qara dünya (film, 1991)