Mir Hidayet Bey Seyidov - Wikipedia
Mir Hidayət bəy Seyidov (2 aprel 1887, Yelizavetpol – 23 fevral 1919, Ordubad, Naxçıvan qəzası) — azərbaycanlı siyasi xadim, müsavatçı, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədr müavini .
Mir Hidayət bəy Seyidov | |
---|---|
Mir Hidayət bəy Mir Adil bəy oğlu Seyidov | |
7 dekabr 1918 – 5 fevral 1919 | |
Fraksiya | Müsavat və bitərəflər fraksiyası |
27 may 1918 – 7 dekabr 1918 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 aprel 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1919 (31 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub .
Həyatı
redaktəMir Hidayət bəy Mir Adil oğlu 1887-ci ildə Gəncədə anadan olub. 1906-cı ildə Gəncə gimnaziyasını bitirəndən sonra Kazan Universitetinə daxil olaraq burada hüquq təhsili almağa başlayıb.[1], lakin 1907-ci ildə eserlərin döyüş dəstəsinə üzv olmaqda ittiham edilərək həbs edilib və universitetdən qovulub[2]. Üç dəfə əfv üçün müraciət etdikdən sonra azad olunub[2]. Daha sonra Azərbaycana geri qayıdıb.
1914-cü ildə ruslar Ərzurumu işğal etdikdən sonra Mir Hidayət bəy Seyidov Azərbaycanda xalqı təşkilatlandıraraq illərlə Ərzurumun müdafiəsinə kömək göndərib[3].
İrəvan[4] və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olur[1]. Sonralar Tiflisə gedərək Zaqafqaziya Seymində Müsəlman Fraksiyasının üzvü olur[5].
1918-ci ilin mayın 27-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında sədr müavini olub[1][6]. Azərbaycan Cümhuriyyəti parlamentində Müsavat partiyasını təmsil edib[7]. İrəvanın Ermənistana verilməsi haqda verilən qərarın əleyhinə səs verən 3 məclis üzvündən biridir[8].
1918-ci ildən etibarən daşnakların Naxçıvana hücumlarının qarşısını almaq üçün bura qayıdır və Ordubadın müdafiə olunmasında iştirak edərək, Ordubad Milli Müdafiə Şurasına sədrlik edir[9].
23 fevral 1919-cu ildə Ordubadda vəfat edib[10]. Onun hansı şəraitdə, necə öldüyü haqda bir məlumat yoxdur[11]. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 6 mart 1919-cu il tarixli 20-ci iclasında onun vəfatı bəradə də məlumat elan edilib[12].
Ailəsi
redaktəMir Hidayət bəy Seyidovun atası Mir Adil bəy Qüdsi Vənəndinin oğul nəvəsidir. Mir Adil bəyin atası Hacı Mir Ağa bəy Qüdsi Vənəndinin ikinci oğludur.
Mir Hidayət bəy Şövkət xanım Kazımbəyova ilə ailə həyatı qurub[13].
- Qızı Dilarə Seyidova memar olub[14].
- Oğlu Adil Seyidov Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda işləyib. Azərbaycan Dövlət Universitetində dərs deyib. 1999-cu ildə dünyasını dəyişib[14].
İstinadlar
redaktə- ↑ 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 336. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ 1 2 "Мир Гидаят Сеидов" (rus). hrono.info. 1 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.
- ↑ Elnur Eltürk. "Fatih Gengiz: "Ərzurumun müdafiəsində Azərbaycanın qəhrəman oğlu Mir Hidayət bəy Seyidovun böyük rolu olub"" (az.). turansam.org. 14 oktyabr 2012. 23 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 237. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). II. Bakı: Lider nəşriyyat. 2005. səh. 28. ISBN 9952-417-44-4. 2015-10-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 28. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 165. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920: Parlament (PDF). I. Bakı: Azərnəşr. 1998. səh. 22. 2018-02-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 135. ISBN 9952-417-14-2. 2022-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-05.
- ↑ "AXC qurucularının bioqrafiyası" (az.). axc.preslib.az. March 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2022.
- ↑ Roza Məmmədova. "Cümhuriyyəti quranların sonu – sürgün, güllələnmə, mühacirət..." (az.). toplum.tv. 28 may 2021. 20 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.
- ↑ Азербайджанская Демократическая Республика (1918―1920). Парламент. (Стенографические отчеты) (PDF). Bakı: Azərnəşr. 1998. səh. 122. 2021-06-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-28.
- ↑ "44 nəfərlik Milli Şura üzvündən biri" (az.). news.milli.az. 19 iyul 2012. Archived from the original on 2022-12-05. İstifadə tarixi: 5 dekabr 2022.
- ↑ 1 2 Musa Quliyev. "Он подписал Декларацию независимости. Благородные дела продолжают жить в благодарной памяти потомков" (rus). Kaspi. 3 noyabr 2018. 18 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 dekabr 2022.