Mir Huseyn Musevi - Wikipedia
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir.
Mir Hüseyn Musəvi | |
---|---|
fars. میرحسین موسوی خامنه | |
İranın baş naziri[d] | |
31 oktyabr 1981 – 3 avqust 1989 | |
15 avqust 1981 – 15 dekabr 1981 | |
Şəxsi məlumatlar | |
Doğum adı | میرحسین بن اسماعیل موسوی خامنه |
Doğum tarixi | |
Doğum yeri | Xamnə, Şərqi Azərbaycan ostanı |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, rəssam, memar, jurnalist, esseist, yazıçı |
Dini | islam, şiəlik, on iki imam şiəliyi |
|
|
kaleme.org | |
Vikianbarda əlaqəli mediafayllar |
İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır.
2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu. Rəsmi nəticələrə görə seçkidə uduzdu və iddia edilən səs hiyləsi və manipulyasiyası sonrasında kompaniyasıuzun müddət davam edən etirazlara səbəb oldu, nəticədə hökumət və Dini Lider Əli Xamaneyiyə qarşı milli və beynəlxalq hərəkata çevrildi. Yaşıl hərəkatın lideri olaraq qalmasına baxmayaraq hərəkatı ciddi ölçüdə məhdudlaşdırılmış vəziyyətdədir. İranda yayılmış rəng olan yaşılı kompaniya rəngi olaraq seçmişdir. Hal-hazırda həyat yoldaşı və Mhedi Kərrubi ilə birlikdə ev həbsində saxlanılır.
Gəncliyi, təhsili və karyerası
redaktəSeyid Mir Hüseyn Musəvi 2 mart 1942-ci ildə İranın Şərqi Azərbaycan ostanının Xamnə kəndində doğulmuşdur. O və ailəsi Təbriz kökənli etnik cəhətdən Azərbaycan türküdür. Atası Mir İsmayıl Təbrizdə çay ticarəti ilə məşğul olmuşdur. Musəvi Xamnədə böyüşüm və 1958-ci ildə təhsilini davam etdirmək üçün Tehrana köçmüşdür. Musəvi İranın Ali Dini Lideri Əli Xamaneyinin qohumudur, beləki Musəvinin nənəsi Əli Xamaneyininata tərəfindən xalasıdır.
Memarlıq təhsilini Tehran Milli Universitetində (indiki Şəhid Beheşti Universiteti) oxumuşdur və 1969-cu ildə Tehran Milli Universitetində memarlıq üzrə magistr dərəcəsi almışdır. İlk əvvəllər adət edilmiş İran memarlığı sahəsi ilə məşğul olmuşdur. Tələbə ikən sol İslam tələbə dərnəyinin aktiv üzvü olmuşdur. Kollec illərində Musəvi uzun illər təqdir ettiyi Əli Şəriətinin qurduğu dini-millətçi siyasi partiya olan İran Azadlıq Hərəkatı ilə yaxın əlaqəsi var idi. Partiya inqilab sonrası hökumətə dəvət edilməsə də, İranın gələcəkdəki siyasi liderləri o zaman partiyaya üzv olan Mehdi Bezirgan, Yadullah Sabahi, Mahmud Taləqani və Mustafa Çamranla yanaşı Musəvinin ən yaxın müttəfiqləri oldu. Musəvi Əli Şəriətinin Tehran Hüseyniyyə-i İrşaddakı dərslərinə davamlı olaraq qatılan tələbə aktivistləri arasında olmuşdur.
Musəvi 1969-cu ildə heykəl mövzusunda mütəxəsisləşmiş universitet tələbəsi Zəhra Rahnevərd ilə evlənmişdir. Zəhra Rahnevərd də Əli Şəriətinin tələbələrindən olmuşdur. Rahnevərd daha sonra Əlzəhra Universiteti rəhbəri və İranın keçmiş prezidenti Məhəmməd Hatəminin siyasi işlər üzrə müşaviri olmuşdur. Cütlüyün 3 qızı vardır, hər ikisi azərbaycanca, farsca, ingiliscə və ərəbcə bilirlər.
İran İslam İnqilabı
redaktəMusəvi və həyat yoldaşı İran inqilabının uğurunda aktiv iştirak etmişdir. Şah Məhəmməd Rza Pəhləvinin monarxiyasına qarşı küçə etirazlarl təşkil etməkdən həbs edildilər. İran inqilabı yaxınlaşdıqca ən köhnə qəhrəmanı Ernesto Çe Gevara olan Musəvi hadisələrə daha da aktiv şəkildə daxil olurdu.
1979-cu ildəki şah rejiminin süqutundan sonra Musəvi İranda İslam Respublikasının qurulmasına kömək etmək və İran monarxiyasının devrilməsini sürətləndirmək üçün Məhəmməd Behiştinin 1979-cu ildə İslam Respublikası partiyasını qurmasına kömək etdi. Partiyanın siyasi katibi oldu və partiyanın rəsmi qəzeti olan Jomhouri-e Eslami baş redaktoru oldu.Bunun üçün həm İslam Respublikasının həm İranda, həm də xaricdə "memari" olaraq qəbul edilir.
1979-cu ilin ortasında Xomeyni tərəfindən İran İslam İnqilabı Şurasına təyin edildi. Jomhouri-e Eslami-nin nəşr-yayım şöbəsi rəhbəri olaraq İslam Respublikasının ilk prezidenti olan Əbülhəsən Bənisədrin parlamentdə uğurlu formada vəzifədən alınmasının ardından 1981-ci ildə Fransaya gəlişinə qədər çox tənqidçi və müxalif idi. Bənisədrin prezidentliyi zamanı başnazir Məhəmməd Əli Rəcai Musəviyi xarici işlər naziri olaraq təyin etdi, lakin Bənisədr bu namizədə qarşı çıxdı və Musəvi təyin edilmədi. 15 avqust 1981-ci ildə hökumətin Rəcai kabinetində yenidən təşkil edilməsinin bir parçası olaraq Musəvi xarici işlər naziri olaraq təyin edildi.
Baş nazirlik
redaktə1981-ci il avqust ayında prezident Məhəmməd Əli Rəcai və baş nazir Məhəmməd Cavad Bahonar bir partlayışda öldürüldü. Oktyabr 1981-ci ildə İranda olan prezident seçkilərində Əli Xamenei İranın III prezidenti seçildi. O baş nazir kimi Əli Əkbər Vilayətini təyin etdi, lakin parlament ona etimad göstərmədi. Parlamentdəki sol qüvvələrə meylli olmasına baxmayaraq Əli Xamenei Musəvinin baş nazir olmasına razı oldu. 28 oktyabr 1981-ci ildə Xameneinin razılığı ilə Parlament 31 oktyabr 1981-ci ildə İranın 79-cu baş naziri olması üçün 115-ə qarşı 39 səslə Musəvinin baş nazirliyini təsdiq etdi.
İslam Respublikasının son qanadına aid olan Musəvi ilə İslam Respublikasının sağ qanadına aid olan Əli Xamenei arasındakı toqquşmalar səkkiz illik ortaq idarəçilik dövründə davam etdi. Bununla birlikdə ikisi arasındakı toqquşmaların gedərək artması Musəvinin 1988-ci ildəki İran-İraq müharibəsinin sona çatmasından qısa müddət sonra istefasına səbəb oldu. Baş nazir olaraq Musəvi ən ali lider olan Ruhullah Xomeyninin dəstəyini aldı və o, onun istefasını qəbul etməyi rədd etdi.
20 avqust 1988-ci ildə İran-İraq müharibəsi bittikdən bir il sonra Ruhullah Xomeyni öldü (3 iyun 1989) və Ali Məcamie Mütəxəsislər Şurası tərəfindən yeni ali dini lidr olaraq seçildi. Ölümündən sonra Musəvi və digər sol yönümlü insanlar quruluşdakı ana dəstək qaynağını itirdi. Musəvi müharibədən sonrakı yenidən təşkilatlandırma planları barədə parlamentdə Rəfsəncaninin İranın qərbli ölkələrin müharibədən sonrakı yenidən təşkilatlandırma barədə yardım təklifini qəbul etməsi barədə, o dövrdə İran parlamentinin rəhbəri olan Əli Əkbər Haşimi Rəfsəncani ilə mübahisəyə girdi.
Siyasətdən gedişi
redaktə28 iyul 1989-cu ildə konstitutsiyaya dəyişiklik etmək üçün keçiriləm referendum 97 faiz lehinə olmaqla sonlandı. Dəyişdirilən konstitutsiyanın elan edildiyi parlamentin yeni rəhbəri olaraq Mehdi Kərrubi seçildi. Bu konstitutsiya dəyişiklikləri əsasında baş nazir vəzifəsi ləğv edildi. Rəfsəncani 28 iyul 1989-cu ildə İranın IV prezidenti seçildi və 3 avqust 1989-cu ildə prezident oldu. Musəvinin baş nazirliyi də eyni tarixdə sonlandı. Musəvi Rəfsəncani rəhbərliyində yaradılan hökumət kabinetinə dəvət edilmədi. Beləcə uzun müddət gündəmdən itdi.
1989-cu ildə Əli Xamenei Musəvini Vəziyyətin Məqsədəuyğunluğunu Təftiş Şurasına üzv təyin etdi. Onun bu üzvlüyü hələ də davam edir. Həmçinin Musəvi Mədəni İnqilab Ali Şurasının 1996-cı ildən üzvüdür. O, bundan başqa 1989-1997-ci illər aralığında prezident Əli Əkbər Haşimi Rəfsəncaninin siyasi işlər üzrə məsləhətçisi, 1997-2005-ci illərdə isə prezident Hatəminin baş məsləhətçisi kimi çalışmışdır.
Bu illər ərzində o əsasən siyasədən uzaq qalmış, memarlıq və tədris işləri ilə məşğul olmuşdur. O, İranın 4 akademiyasından biri olan İran İncəsənət Akademiyasının rəhbəri kimi də çalışmışdır. Bu dövrlərdə rəssamlıqla və şairliyə də meyl etmişdir. Musəvi Şəhid Behişti Universitetinin professorudur və sonradan Tərbiət Modares Universitetinin müəllimi olmuşdur. Onun memarlıq sahəsinə aid işlər kimi Tehranda Kanoon-e Tövhid, Şirazda Beynolharameyin Bazar, Tehranın Behişt-i Zəhra bölgəsindəki Həft-i-tir Şəhidləri türbəsini misal göstərmək olar.
Prezidentliyə namizədlyi
redaktəMusəvi 1997-ci ildə prezidentliyə namizədliyin verməkdən imtina etdi. Nəticədə bir qədər dindarlığı ilə seçilən Məhəmməd Hatəmi prezident seçildi. Musəvi isə onun baş məsləhətçisi oldu.
2005-ci il prezident seçkiləri ərəfəsində o islahatçıların əsas namizədi hesab edilirdi. Lakin 2004-cü ilin sonlarında o prezidentliyə namizəd olması təklifini rədd etdi.
20 il siyasi sakitlikdən sonra 2009-cu ilin mart ayında Musəvi 2009-cu il seçkilərində namizəd olacağını açıqladı. O əsas hədəflərini belə bildirmişdi: sosial ədaləti, bərabərliyi və ədaləti bərpa etmək, ifadə azadlığını təmin etmək, korrupsiyanı məhv etmək, özəlləşdirmə prosesini başlatmaq. Musəvi mühafizəkar İran prezidenti Mahmud Əhmədinejatı tənqid etməyə başladı. O, efirdə yüksək neft qiymətlərinə görə İranın cüzi inkişaf etdiyini, neftin qiymətinin aşağı düşəcəyi təqdirdə nə edəcəyini prezidentdən soruşdu. Bu seçkilərdə keçmiş prezident Məhəmməd Hatəmi Musəvinin xeyrinə seçkilərdə namizəd olmadı.
Platforması
redaktəMusəvi islahatçı cəbhədən namizəd seçilmişdi. Baxmayaraq ki, o, İranda islahatçı cəbhənin yaradıcılarından biri idi, namizədlik platformasında xeyli mühafizəkar düşüncələr də yer almışdı. İslami İran Ortaq Cəbhəsinin də daxil olduğu islahatçı partiyaların əksəriyyəti Məhəmməd Hatəminin namizədliyini dəstəkləyirdi. Lakin Hatəminin namizədlikdən Musəvinin xeyrinə imtina etməsindən sonra bütün partiyalar Musəvini dəstəkləməyə başladılar.[1] İslahatçı partiyaların bəzi nümayəndələri Musəvinin tam olaraq islahatçı namizəd olmasına şübhələrinin olduqlarını açıqca bildirirdilər.[2] İlkin dövrlərdəki çıxışlarında Musəvi özü də özünün tam olaraq islahatçı kimi qəbul edilməsinə qarşı olduğunu bildirmiş və həm islahatçı, həm də mühafizəkar düşərgədən gələ biləcək istənilən dəstəyi qəbul edəcəyini açıqlamışdı.[3] Lakin prezidentlik kompaniyasına İran siyasətinin mərkəz mövqeyində başlayan Musəvi, kompaniya müddəti davam etdikdə sol istiqamətə meyllənmişdir. Cumhuri-e İslami qəzetinin baş redaktoru və mühafizəkar siyasətçi Emad Əfruğ kimi bəzi şəxslərin Musəvini dəstəkləməsinə baxmayaraq, o, geniş anlamda böyük mühafizəkar partiyalardan dəstək qazana bilmədi. Musəvini dəstəkləməyən Döyüşçü Ruhanilər Cəmiyyəti kimi iri mühafizəkar partiyalar o vaxtki prezident Mahmud Əhmədinejatı da dəstəkləmədilər.[4]
Daxili siyasət planı
redaktəMusəvi televiziyadakı çıxışlarında dəfələrlə bildirmişdi ki, o, hakimiyyətə gələcəyi təqdirdə özəl televiziya kanallarının mövcudluğunu qadağan edən qanunu ləğv edəcəkdir (hal-hazırda da İranda özəl televiziyalar mövcud deyil, bütün kanallar dövlətə məxsusdur). Bundan başqa o, ali nəzarətedici hakimiyyətin Ali Dini Liderdən alınaraq prezidentə veriləcəyini də bildirmişdi. O, bunu onla əsaslandırmışdı ki, prezidentlər birbaşa olaraq xalq tərəfindən seçilirlər və deməli, onların da qarşısında məsuliyyət daşıyırlar, Ali Dini Liderlə isə belə deyil.
İstinadlar
redaktə- ↑ ":: پايگاه اطلاع رساني نوروز بيانيه جبهه مشاركت در حمايت از مهندس مير حسين موسوي در انتخابات دهمين دوره رياست جمهوري". Norooz News. 7 yanvar 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2010.
- ↑ "موج سوم؛ پایگاه اطلاع رسانی "پویش (کمپین) دعوت از خاتمی"". Mowj. 2008-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2010.
- ↑ "IRNA". .irna. 17 fevral 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2010.
- ↑ "جامعه روحانیت دو پاره شد". rooz online. 22 mart 2010. 22 may 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2010.