Mir Bagir Mirheyderzade - Wikipedia
Mir Bağır Mir Heydər oğlu Mirheydərzadə (1877, Nürgüt, Ordubad rayonu – 10 yanvar 1956, Naxçıvan) – diyаrşünаs, еtnоqrаf-аrхеоlоq.
Mirbağır Mirheydərzadə | |
---|---|
Doğum tarixi | 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 1956 |
Vəfat yeri |
Təhsili
redaktə1887-1896-cı illərdə Naxçıvan şəhər mədrəsəsində təhsil alan bu gənc 1899-cu ildə Təbriz ruhani məktəbində təhsilini başa vurur.
İctimai-siyasi fəaliyyəti
redaktəNaxçıvanda münasib iş tapa bilmədiyindən Tiflisə gedən gənc Mirbağır burada inqilabi əhvali-ruhiyyəli adamlarla tanış olur və onlarla tez-tez görüşür. 1917-1921-ci illərdə Naxçıvanda Mir Bağır Mirheydərzadə Eynalı bəy Sultanov, Bəhram xan və Əziz xan Naxçıvanskilər, Hüseyn Cavid, Əziz Şərif, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, S.Əsgərxanov, Bağır Rzayev, Səməd bəy Cəmilinski, Kəlbalı xan, Kərim xan və digər görkəmli şəxsiyyətlərlə birlikdə fəaliyyət göstərirdi və onların hamısı bilavasitə vətən uğrunda mübarizənin iştirakçılarına çevrilmişdilər.
1918-ci ilin ortalarında quldur Andronikin dəstələri İrəvan-Naxçıvan-Culfa dəmir yolu və şose boyunca İrana tərəf hərəkət eməkdə idi. Həmin anda Tiflis Erməni İttifaqı Xorazyantsı Naxçıvana ezam edir. Məqsəd Culfa cəbbəxanasının silahlarını ələ keçirib, silahlı dəstələr yaradıb Andronikin hücumlarına dəstək vermək idi. Onu da qeyd edək ki, hələ 1917-ci ilin noyabrında Xorazyantsın sədrliyi ilə Naxçıvanda Erməni Milli Komitəsi yaranmışdı. Onun əsas vəzifəsi terror aktları ilə Naxçıvan əhalisi arasında vahimə və xof yaratmaq və yerli idarəçiliyi ələ keçirməkdən ibarət idi.
Belə bir mürəkkəb vəziyyətdə Mir Bağır Mirheydərzadə naxçıvanlı mübarizə dostları ilə hərbiləşdirilmiş dağınıq qüvvələri ümumi düşmənə qarşı mübarizəyə səfərbər edirdi. Bu səylər baş tutmasaydı, Naxçıvanın vəziyyəti daha da ağır və faciəli ola bilərdi. Həmin dövrdə Naxçıvanda "Mücəddin" siyasi dərnəyinə (rəhbəri M. B. Mirheydərzadə) Eynalı Sultanov, Ömər Faiq Nemanzadə, Əziz Şərif kimi görkəmli ziyalılar xüsusi rəğbət bəsləyirdilər, çünki bu siyasi təşkilat xalqın xilasını Rusiya yox, Türkiyə ilə birlikdə görürdü.
Elmi və elmi təşkilati fəaliyyəti
redaktəİnqilabi dünyagörüşlü ziyalı kimi yetişmiş Mir Bağır Mirheydərzadə maarif və mədəniyyət sahəsində Naxçıvanın demokratik ruhlu vətənpərvər oğullarına qarışıb ömrünün axırına kimi biliyini və bacarığını tariximizin aydınlanmasına yönəltmişdir.
Mir Bağır Mirheydərzadə Nахçıvаnın tаriхinin, diyаrın tаriхi аbidələrinin və yеr аdlаrının öyrənilməsi, аrхеоlоji mаtеriаllаrın və fоlklоr nümunələrinin tоplаnıb tədqiq еdilməsi ilə məşğul idi. Аzərbаycаnı Tədqiq və Tətəbbö Cəmiyyəti Nахçıvаn şöbəsinin еlmi kаtibi оlmuş, аkаdеmik İ.İ.Mеşşаninоvun (1926); prоf. А.Müllеrin (1927), Ə.Ələkbərоv və О.Həbibullаyеvin (1951) Nахçıvаn ərаzisində аpаrdıqlаrı аrхеоlоji qаzıntılаrdа fəаl iştirаk еtmişdir. Əlyаzmаlаrı АMЕА-nın Əlyаzmаlаr İnstitutundа sахlаnılır.
Naxçıvan Dövlət Tarix Muzeyi 1924-cü ildə təşkil edilib. 1925-ci ildə yaradılan "Naxçıvan Tədqiq və Tətəbbö" cəmiyyətinin muzeyin zənginləşməsində xüsusi rolu olub. Cəmiyyətin sədri Mir Bağır Mirheydərzadə muzeyin inkişafı üçün böyük əmək sərf edib. Muzeyə eksponat toplanmasında və onun zənginləşdirilməsində bu cəmiyyətin üzvlərindən M.Mirheydərzadə, Ağa Məhəmməd (Ərbab), L.Hüseynzadə, Z.Seyidov (Seyid Səbri), Ə.Mirzəyev, məşhur şair və dramaturq H.Cavidin böyük qardaşı M.Rasizadə, Q.İmanov və digərləri fəal iştirak etmişlər. Muzeyin 1926-1930-cu illərdəki fəaliyyəti, əsasən, eksponat toplanmasından ibarət olmuşdur. 1930-cu ildə muzey rəhbərliyində kadr dəyişikliyi olmuş, B.Əlibəyovdan sonra “Tədqiq və Tətəbbö” Cəmiyyətində elmi katib vəzifəsində işləmiş Mir Bağır Mirheydərzadə Naxçıvan MSSR Xalq Maarif Komissarlığının 27 avqust 1930-cu il tarixli əmri ilə muzeyə direktor təyin edilmişdir. Həmin dövrdə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin adı da dəyişdirilərək “Naxçıvan Tarix-Diyarşünaslıq Muzeyi” adlandırılmışdır. Mir Bağır Mirheydərzadə 1944-cü ilədək muzeydə çalışmışdı.
Mir Bağır Mirheydərzadənin ən qiymətli və dəyərli işlərindən biri də epiqrafik mətnlərin ortaya çıxarmasıdır. O, Naxçıvanın orta əsrlər epiqrafik abidələrini tədqiq edirdi. 1928-ci ildə "Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti"nin elmi katibi kimi Qarabağlar türbəsində qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin yazıldığını müəyyən etmişdi: "Allahın bu nişanəsi türkman Quti xatındır". Onun müsəlman kitabələri haqqında xeyli tədqiqatları var.
Mir Bağır Mirheydərzadənin Şərq ədəbiyyatı məsələləri, sufizm, təsəvvüf, hürufilik, eləcə də çeşidli ədəbi cərəyən və metod haqqındakı araşdırma və axtarışları da maraqlıdır. Milli folklorumuzu ilk toplayıb öyrənənlərdən biri də elə Mir Bağır Mirheydərzadədir. Onun çağdaş həyata, elm və dil məsələlərinə aid yazıları da ayrıca maraq doğurur. Mir Bağır Mirheydərzadə muzey direktoru işləyə-işləyə mətbuatda ictimai quruluşa, milli münasibətlərə, qadın azadlığına və s. problemlərə həsr olunmuş elmi, elmi-publisistik məqalələr çap etdirmişdir.
Mir Bağır Mirheydərzadə muzeyə rəhbərlik etdiyi dövrdə tarix, ədəbiyyat və mədəniyyət sahələrində bir sıra mühüm respublika əhəmiyyətli tədbirlərin təşkilatçısı olmuşdur.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Mir Bağır Mirheydərzadə, "Soy" еlmi-kütləvi dərgi, 2012, №2, səh.33-35
- Rəhimov N. Naxçıvanda ilk dövlət muzeyinin qurucularından biri – Mirbağır Mirheydərzadə. "Şərq qapısı" qəzeti, 17.07.2017