Minkarizade Yehya Efendi - Wikipedia
Minkarizadə Yəhya Əfəndi (1609, İstanbul – yanvar 1678, Beşiktaş, İstanbul ili) — Osmanlı alimi, şair və şeyxülislamı.
Minkarizadə Yəhya Əfəndi | |
---|---|
Əvvəlki | Sunizadə Seyid Mehmed Əmin Əfəndi |
Sonrakı | Çatalcalı Əli Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1609 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri |
Həyatı
redaktəMinkarizadə ailəsinin ilk məşhur nümayəndəsi Minkarizadə Ömər Əfəndinin oğludur. Atasının müdərrislik dövründə 1609-cu ildə dünyaya gəlmişdir. İlk dini təhsilini Mahmud Hüdayi həzrətlərindən almış, daha sonra Kiçi Mehmed Əfəndi və Əbdürrəhim Əfəndidən dərslər almışdır. Ardından şeyxülislam Xocazadə Əsad Əfəndinin tələbəsi olmuş və dini təhsilini başa vurmuşdur.
1637–1648-ci illərdə İstanbulun bir çox mədrəsələrində müdərris olaraq fəaliyyət göstərmişdir. Ardından qazı oldu və 1649-cu ilin yanvarında Məkkə qazısı təyin edildi. 2 il davam edən bu vəzifəsinin ardından 1652-ci ilin iyulunda Qahirə qazılığına gətirildi. 1653-cü ilin avqustunda vəzifədən alındı və 2 ildən çox heç bir vəzifəyə gətirilmədi. 1655-ci ilin dekabrında ikinci dəfə Qahirə qazılığına gətirildi və 1 il sonra bu vəzifəsindən ayrıldı. Ardından bir müddət Qahirədə yaşayan Yəhya Əfəndi 1657-ci ilin martında yenidən Qahirə qazısı təyin edildi.
1659-cu ilin aprelində təyin olunduğu İstanbul qazılığında isə yalnız 6 ay qala bildi. Həmin ilin sentyabrında vəzifədən alındı və 1662-ci ilin fevralında Rumeli başqazılığına gətirildi. Bu vəzifəsi əsnasında 21 noyabr 1662-ci ildə divan məclisinin ardından Sultan Mehmed tərəfindən şeyxülislamlığa gətirildi. 11 ildən çox davam edən şeyxülislamlığı dövründə Sultan Mehmedin rəğbətini qazanmış, sultandan müxtəlif hədiyyələr almışdır. Bu dövr ərzində daha çox sultanla birlikdə Ədirnədə qaldı. Sabatay Sevinin mühakiməsində iştirak edən heyətə daxil oldu. Bundan başqa Rumeli qazılarının fəaliyyəti ilə bağlı yeni islahatlar apardı (1667). Ancaq şeyxülislamlığının son illərində xəstələndi və bu səbəblə sultanın səfərlərində və məclislərində iştirak edə bilmədi. Sonralar xəstəliyi ağırlaşdı və sağ tərəfi iflic oldu. Bu səbəblə fətva məsələlərinin həlli üçün dövrün Rumeli başqazısı Ankaralı Mehmed Əmin Əfəndi şeyxülislama 8 aylıq naiblik etdi. 1 il sonra isə xəstəliyinin artması və Sultan Mehmedin ikinci Lehistan səfərinə qatıla bilməməsi səbəb göstərilərək vəzifədən alındı (21 fevral 1674). Yerinə isə ən dəyərli tələbələrindən Çatalcalı Əli Əfəndi gətirildi. Vəzifədən ayrıldıqdan sonra yüksək məbləğli təqaüd maaşı ayrıldı və Beşiktaşdakı köşkündə yaşamağa başladı. 4 il sonra, 1678-ci ilin yanvarında burada vəfat etdi.
Minkarizadənin ailə şəcərəsi bu günədək gəlib çatmışdır. Belə ki, oğlu Abdullah Əfəndi və kürəkəni Mustafa Rasih Əfəndi başqazı olmuş, qızının oğlu Əhməd Əfəndi isə şeyxülislamlığa qədər yüksəlmişdir. Kürəkəninin nəslindən gələnlər isə Kürəkənzadələr olaraq anılmışdır.
Mənbə
redaktə- İstanbul Şer‘iyye Sicilleri Arşivi Evkāf-ı Hümâyun Müfettişliği, nr. 74, s.175–181;
- Atâî, Zeyl-i Şekāik, s. 692–693;
- Abdurrahman Abdi Paşa Vekāyi‘nâme’si (haz. Fahri Çetin Derin, doktora tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 134, 223, 285–286, 305, 363, 373–374;
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 38, 44;
- Silâhdar, Târih, I, 229, 431–432, 434–435, 633;
- Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 439–441;
- Râşid, Târih, I, 25, 95–96, 133, 136–137, 151–153, 161–162, 304;
- Îsâzâde Târihi (haz. Ziya Yılmazer), İstanbul 1996, s. 118, 128, 157;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, II, 214–215;
- Devhatü’l-meşâyih, s. 70–71;
- İlmiyye Salnâmesi, s. 483–484 (fetvasından bir örnek); Uzunçarşılı, Osmanlı Tarihi, III/2, s. 478–479;
- a.mlf., İlmiye Teşkilâtı, s. 182, 183, 197, 215;
- Danişmend, Kronoloji, V, 129;
- Rycaut, I, 154–295;
- Konyalı, Üsküdar Tarihi, II, 290, 547;
- M. Kemal Özergin, "Rumeli Kadılıkları’nda 1078 Düzenlemesi", İsmail Hakkı Uzunçarşılı’ya Armağan, Ankara 1976, s. 251–309;
- Erünsal, Türk Kütüphaneleri Tarihi II, s. 68, 164, 295;
- M. C. Zilfi, The Politics of Piety: The Ottoman Ulema in the Postclassical Age: 1600–1800, Minneapolis 1988, s. 117, 180, 189, 204, 205;
- Öztuna, Devletler ve Hanedanlar, II, 779–782;
- Necdet Yılmaz, Osmanlı Toplumunda Tasavvuf, İstanbul 2001, s. 220, 366;
- Mehmet Nermi Haskan, Yüzyıllar Boyunca Üsküdar, İstanbul 2001, I, 44, 68