Mini Avtomobil Modeli - Wikipedia
Mini 1959–2000-ci illər arasında istehsal edilmiş mini sinif avtomobil modelidir. Avtomobilin orijinalı 1960-cı illərin Britaniya simvolu hesab olunur.
Mini | |
---|---|
Ümumi məlumatlar | |
İstehsalçı | British Motor Corporation, British Leyland |
Qabariti | |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Avtomobil Sir Alec Issigonis tərəfindən hazırlanmışdır. Mini əvvəlcə Austin və Morris markaları altında satıldı. Avtomobil üç əsas yeniləməyə malikdir və hetçbeklə birlikdə station wagon, sedan, pikap, furqon və Moke adlı maşın modellərində istehsal edilmişdir. Bundan əlavə, onun idman modelləri olan Mini Cooper və Cooper S 1964, 1965 və 1967-ci illərdə Monte Karlo rallilərində qalib gələrək uğurlu ralli avtomobilləri olmağı bacarmışdırlar.
1999-cu ildə aparılan sorğuya görə, Ford Model T-dən sonra XX əsrin ən təsirli avtomobili seçilmişdir.
Avtomobilin istehsalı 2000-ci ildə dayandırılmışdır və 2001-ci ildə tamamilə yenilənmiş ikinci nəsil ilə əvəz olunmuşdur.
Versiyaları
redaktə- Mini (Mark I) (1959–1967)
- Mark II Mini (1967–1970)
- Mark III və xələfləri (1969–2000)
- Mk III (1969–1974)
- Mark IV (1976–1984)
- Mark V (1984–1990)
- Mark VI (1990–1996)
- Mark VII (1996–2000)