Mingecevir Isiqlari Qezet - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
"Mingəçevir işıqları" — Mingəçevirdə 2020-yə qədər nəşr olunan, hazırda isə yalnız onlayn fəaliyyət göstərən qəzet.
Mingəçevir işıqları | |
---|---|
Format | A4 |
Təsisçi | Fərman Nəbiyev |
Baş redaktor | Fərman Nəbiyev |
Yaranma tarixi | 1948 |
Dil | Azərbaycan dili |
Səhifə | 8 |
Ünvan | Mingəçevir, Rəsul Rza küçəsi, 23 |
Tiraj | 1000 |
mi-news.az |
Tarixi
redaktə"Mingəçevir işçisi”, “Mingəçevir inşaatçısı” və “Mingəçevir işıqları” adı ilə nəşr olunan qəzetdə şəhər, ölkə və dünyada baş verənlər haqda xəbərlər, araşdırma yazıları, elan və reklam məlumatları ilə tanış olmaq mümkündür.
"Mingəçevir işıqları" qəzeti redaksiyası 1948-ci ildən 1991-ci ilədək yerli hakimiyyət orqanlarına məxsus olub. 25 mart 1999-cu ildə 10/110 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində sahibkar hüquqi şəxs kimi yenidən qeydiyyatdan keçib.
Redaksiya 3 bölmədən ibarətdir:
Xəbərlər şöbəsi Reklam, elan və yayım bölməsi Mingəçevir Media Mərkəzi
Redaksiya fəaliyyətə başladıqdan 3 il sonra poliqrafiya sexini, 2009-cu ildə isə şəhərin Rəsul Rza küçəsindəki 23 saylı ünvanda Mingəçevir Media Mərkəzini açıb. Qəzetin digər ofisi Dövlət Əmlak Komitəsindən icarəyə götürülüb, Heydər Əliyev prospekti, 28/12 ünvanında yerləşir.
Qəzet 31 dekabr 2019-cu ilədək həm ənənəvi (kağız), həm də onlayn formalarda nəşr olunub. Həftədə bir dəfə olmaqla A4 ölçüdə 8-16 səhifədə nəşr edilən qəzetin səhifələrində şəhərdə, ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələr barədə xəbərlər, siyasi şərhlər, araşdırma və analitik materiallar, tənqidi məqalələr, elan və reklamlar yerləşdirilib. Hər həftə 1000 nüsxə tirajla nəşr olunan qəzetin 500 nüsxəsi daimi abunəçilərə göndərilib, 200 nüsxəsi pərakəndə yolla satılıb, qalan nüsxələr isə əlillər, qocalar, ictimai birliklər arasında pulsuz yayılıb. 2020-ci ilin yanvarından ancaq onlayn qaydada yayımlanır.
Redaksiya Mingəçevirdə ilk dəfə olaraq "Şəhərin fəxri" müsabiqəsini keçirib. 4 ay davam edən ünvanlı sorğuların nəticəsində fəaliyyəti ilə seçilən təhsil, səhiyyə, mədəniyyət, sənaye, ticarət və iaşə müəssisələri, banklar və gözəllik salonları ictimaiyyətə təqdim olunub. Mingəçevirin 60 illik yubileyi ərəfəsində qəzetin adından 8 qalibə və 16 mükafatçıya diplomlar verilib.
Qəzetin auditoriyası: dövlət və özəl qurumlar, siyasi partiyalar və ictimai birliklər, təhsil müəssisələri, səhiyyə və mədəniyyət ocaqları, kommunal təşkilatlar və gənclərdir.Son illər Mingəçevir Media Mərkəzində təlim və konfranslar, xüsusən gənclər üçün jurnalistika təlimləri təşkil olunur. Qəzetin rəhbərinin təşəbbüsü ilə 2016-2018-ci illərdə Avropa Şurası və BMT İnkişaf Proqramının layihəsi çərçivəsində hökumət, qeyri-hökumət və media qurumlarının nümayəndələri üçün açıq məlumatlara dair (Data Jurnalistika) davamlı təlim və konfrabslar, Praqa (Çexiya) və Sarayevoda (Bosniya-Hersoqovina).təcrübə kursları təşkil olunub.
Qəzetin əməkdaşları İnternyus, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Mediada Müxtəliflik İnstitutu, Vaşinqtondakı Beynəlxalq Jurnalistika Mərkəzi və digər qurumlarla əməkdaşlıq edib və onların layihələrinə qoşulub, eyni zamanda ABŞ, İsveç, Polşa, Rumıniya, Litva, Ukrayna, Gürcüstan və Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə və peşəkarlığı artırma kurslarında iştirak etməklə zəngin təcrübə qazanıb.
"Mingəçevir işıqları" qəzeti redaksiyasına qurumun təsisçisi və baş redaktoru, Əməkdar jurnalist (2010), Həsən bəy Zərdabi (2002), "Qızıl qələm" (1988) və Ali Media mükafatlarının sahibi Fərman Nəbiyev rəhbərlik edir.
Mənbə
redaktə- "Mingəçevir işıqları" qəzeti barədə nə bilirsiniz? Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine
- Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006.