Mingecevir Politexnik Institutu - Wikipedia
Mingəçevir Politexnik İnstitutu və ya qısaca MPİ — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş ali təhsil müəssisəsi[1].
Mingəçevir Politexnik İnstitutu MPİ | |
---|---|
40°46′18″ şm. e. 47°03′20″ ş. u.HGYO | |
Əsası qoyulub | 1991 |
Bağlanıb | 2015 |
Şəhər | Bakı |
Ölkə | |
Sayt | mpi.edu.az |
Tarixi
redaktəİnstitut fəaliyyətə 1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) filialı kimi başlamışdır.
Mingəçevir Politexnik İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 23 aprel 274 saylı qərarı ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye Universitetinin (hazırkı Azərbaycan Dövlət Neft Akademiyası) filialı kimi fəaliyyətə başlamış, Nazirlər Kabinetinin 371 saylı 1992-ci il 01 iyul tarixli qərarı ilə Mingəçevir Energetika İnstitutuna çevrilmiş və Nazirlər Kabinetinin 427 say1ı 1993-cü il 04 avqust tarixli qərarı ilə Mingəçevir Politexnik İnstitutu adlandırılmışdır.
İnstitut Mingəçevir şəhərinin mərkəzində yüksək səviyyədə təmir edilmiş, müasir tələblərə cavab verən üçmərtəbəli binada yerləşmişdir. İnstitutda sahəsi 3942,8 m² olan 24 auditoriya, müxtəlif fənn laboratoriyaları, kabinetlər, müasir standartlara uyğun idman-sağlamlıq kompleksi və 280 yerlik akt zalı olmuşdur.
Tədris prosesində eyni zamanda "Azərbaycan İstilik Elektrik Stansiyaları" MMC-də yaradılmış, ixtisas fənlərini daha mükəmməl mənimsəməyə imkan verən iki otaqdan – 20–30 yerlik auditoriyalardan istifadə olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.[2]
Fakültələr
redaktə- Energetika və mexanika
- İqtisadiyyat və idarəetmə
İxtisaslar
redaktə- Kompüter elmləri
- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
- Elektroenergetika mühəndisliyi
- İstilik energetikası mühəndisliyi
- Maşın mühəndisliyi
- Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi
- Ekologiya mühəndisliyi
- İqtisadiyyat
- Sənayenin təşkili və idarə olunması
İstinadlar
redaktə- ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine (az.)
- ↑ "Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az (az.)