Minevver Esgerova - Wikipedia
Münəvvər Mehbalı qızı Əsgərova (6 mart 1914, Kırna – 1 oktyabr 2001 və ya 10 yanvar 2001, Kırna, Naxçıvan Muxtar Respublikası) — üzümçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1947), Sosialist Əməyi Qəhrəmanı (1949).[1]
Münəvvər Əsgərova | |
---|---|
Münəvvər Mehbalı qızı Əsgərova | |
Doğum tarixi | |
Doğum yeri | Kırna, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (87 yaşında) |
Vəfat yeri | Kırna, Culfa rayonu, Naxçıvan MR, Azərbaycan |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | üzümçü |
Partiyası | |
Mükafatları |
|
Həyat və əmək fəaliyyəti
redaktəMünəvvər Əsgərova 6 mart 1914-cü ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Culfa rayonu) Kırna kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1938-ci ildə V.İ.Lenin adına kolxozda başlamış, 1968-ci ilə qədər bu kolxozda kolxozçu və manqabaşçısı işləmişdir. 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1947-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 21 iyul 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. 1968-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur. Münəvvər Əsgərova 1 oktyabr 2001-ci ildə Culfa rayonunda vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 234.
- ↑ Əsgərova Münəvvər Mehbalı qızı // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.