Milyonu Nece Ogurlamali Film 1966 - Wikipedia
"Milyonu necə oğurlamalı" (ing. How to Steal a Million) — rejissor Vilyam Uaylerin filmi.
Milyonu necə oğurlamalı | |
---|---|
ing. How to Steal a Million | |
Janr | Komediya |
Rejissor | Vilyam Uayler |
Prodüser | Fred Kolmar |
Ssenari müəllifi | Harri Kurnits |
Baş rollarda |
Odri Hepbern Piter O'Tul |
Operator | Çarlz Lanq |
Bəstəkar | Con Vilyams |
Montajçı | Robert Svink[d] |
İstehsalçı | 20th Century Fox |
Distribütor | 20th Century Fox, Netflix |
İlk baxış tarixi | 13 iyul 1966, ABŞ |
Filmin növü | bədii film |
Müddət | 123 dəqiqə |
Büdcə | 6,4 milyon $[1] |
Gəlir | 4,4 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1966 |
Rəng | rəngli |
IMDb | ID0060522 |
Məzmun
redaktəHadisələr 1960-cı illərdə Fransanın Paris şəhərində baş verir.
Şarl Bonne istedadlı rəssam-həvəskardır. O, dünya şöhrətli impressionistlərin oxşarını (saxtasını) düzəldərək onları orijinal kimi baha qiymətə nüfuzlu hərraclarda satır. Bundan başqa, Bonnenin evində çılpaq Veneranın heykəlciyi də var. Bu əsər italyan heykəltəraşı Çellininin adından təqdim olunaraq nüfuzlu bir sərgidə nümayiş olunmağa dəvət alıb. Bunun təhlükəli olduğunu və yalanın üstünün açılacağını deyən qızının xəbərdarlıqlarına baxmayan Bonne heykəlciyin sərgiyə getməsinə razılıq verir.
İncəsənətin dəlisi olan Amerika oliqarxı Devis Lilend sərgi salonunda Veneranı görür. Devis Veneraya yiyələnmək haqqında düşünür. Kolleksiyaya çıxmaq üçün yol axtarır və onun sahibi Lilend Nikolla tanış olur və cazibədar fransıza valeh olur. Məsələni uzatmağa adət etməyən milyonçu qıza təklif irəli sürür.
Axşam Nikol müəmmalı cənabı öz evlərində tapır. Bu – Saymon Dermott adlı saxtakarlıqları üzə çıxarmaq üzrə ixtisaslaşmış kriminalistdir. O, aşıq-aşkar Bonnenin rəsmlərilə maraqlanır və Van Qoqdan təzəcə düzəldilən saxta rəsmin rənglərindən nümunə götürür. Nikol əvvəlcə onu adi soyğunçu oğru kimi qəbul edir və ona tapançadan atəş açıb yaralayır. Atasının fırıldağının üstünün açılacağından qorxan qız evlərinə soxulan bu adam haqqında polisə heç bir söz demir.
Növbəti gün Bonnenin evinə muzeyin işçisi gəlir. O, Bonneyə "Venera"nın sığortası ilə bağlı milyon dollarlıq müqavilə imzalamağı təklif edir. Bonne qol çəkir və bundan sonra məlum olur ki, müqavilənin bir bəndində mütləq ekspertizanın qərarı olmalıdır. Bu fəlakət idi. Bonnenin "eyibsiz" kolleksiyası təhlükə altına düşür.
Fədakar Nikol yeganə cinayətkar tanışını bu işə cəlb etmək istəyir. Nikola xüsusi hissləri olan Saymon Bonnenin mülkiyyətini muzeydən oğurlamaqda ona kömək etməyə razılıq verir.
Saymon Nikolla birlikdə çalışqan mühafizə xidmətini və müasir siqnalizasiya sistemini nəzərə alaraq oğurluq planı qururlar. Lilend bu sənət əsərinə yiyələnmək planlarından imtina etmir. O, hətta oğurluq malı da almağa hazırdır. Saymon başa düşür ki, Lilend heykəlciyə yiyələnmək faktını sirr olaraq saxlayacaq. Belə olduqda, onla "Venera" və ya Nikol arasında seçim eləməyi təklif edir. Heykəlcik milyonçuya pulsuz verilir. Saymon və Nikol isə öz bal aylarını keçirməyə gedirlər.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi : Corc Bredşou
- Ssenari müəllifi : Harri Kurnits
- Rejissor : Vilyam Uayler
- Operator : Çarlz Lanq
- Bəstəkar : Con Vilyams
- Prodüser : Fred Kolmar
Rollarda
redaktə- Odri Hepbern – Nikol Bonne
- Piter O'Tul – Saymon Dermott
- Hyu Qriffit – Şarl Bonne
- İlay Uollak – Devis Leyland
- Şarl Buaye – de Solni
- Fernan Qrave – Qramon
- Marsel Dalio – cənab Paravideo
- Jak Maren
- Edvard Malin
- Mustaş
- Roje Trevill
- Bert Bertam
İstinadlar
redaktə- ↑ Solomon, Aubrey. Twentieth Century Fox: A Corporate and Financial History (The Scarecrow Filmmakers Series). Lanham, Maryland: Scarecrow Press, 1989. ISBN 978-0-8108-4244-1. p254
- ↑ Solomon p 230. See also "Big Rental Pictures of 1966", Variety, 4 January 1967 pg 8.
Xarici keçidlər
redaktə- Milyonu necə oğurlamalı — Internet Movie Database saytında
- Milyonu necə oğurlamalı AllMovie saytında
- Milyonu necə oğurlamalı TCM Movie Database saytında