Milli Seceni Kitabxanasi - Wikipedia
Milli Seçeni Kitabxanası (mac. Országos Széchényi Könyvtár) (OSZK) — Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən kitabxana. Macarıstanın iki milli kitabxanasından biridir, digəri Debreçen Universitetinin kitabxanasıdır.
Seçeni adına Milli Kitabxana | |
---|---|
Országos Széchényi Könyvtár[1][2] | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 25 noyabr 1802 |
Digər məlumatlar | |
ISIL kodu | HU-BpOSK |
Sayt | oszk.hu |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKitabxana 1802-ci ildə son dərəcə vətənpərvər olan macar ariktokratı Ferenç Seçeni tərəfindən təsis edilmişdir. Seçeni bütün dünyanı ziyarət edərək Macarıstanla bağlı olan kitabları toplamış və onu dövlətə təqdim etmişdir. Növbəti ildə ictimai kitabxana Peşt şəhərində açıldı. Seçenidən sonra əksər insanlar kitabları milli kitabxanaya iadə edirdilər.[3]
1808-ci ildə Macarıstan Milli Məclisi Macarıstanın tarixi, arxeoloji və təbii irsini bir yerdə toplamaq üçün Macarıstan Milli Muzeyini yaratdı. Muzey kitabxana ilə birləşdirildi və son 200 ildə Macarıstanın keçmişini özündə əks etdirən depozit rolunu oynayır.[3]
1846-ci ildə Macarıstan Milli Muzeyi yeni binaya köçürüldü. Lakin 1949-cu ilə kimi kitabxana müstəqil şəkildə indiki adı ilə fəaliyyət göstərmədi. 1985-ci ildə Buda qalasının binasına köçürüldü. Milli Seçeni Kitabxanası kataloq sistemi ilə fəaliyyət göstərir.[4]
Direktorları
redaktə- 1985—1993 Dyula Yuhas
Kolleksiyası
redaktə- Macarıstan mətbəələrində nəşr olunan istənilən çap materialları
- Macarıstanda nəşr olunan istənilən nəşriyyat
- Xaricdə macar dilində çap olunan kitablar və ya macar müəlliflər tərəfindən yazılan kitablar
- əlavə materiallar (səs yazıları, video materiallar, elektron sənədlər və s);
- 8 milyon maddə:
- 2.5 milyon kitab
- 385000 ədəd serial nəşrləri (qəzetlər və dövri nəşrlər)
- 270000 yazılı və audio musiqi sənədləri
- 1 milyon əlyazma
- 2007-ci ildə YUNESKO-nun Ümumdünya Yaddaşına daxil olan Tabula Hungariae, o cümlədən 200000-dən çox xəritə[5]
- 320 min şəkillər və oymalar
- 3 milyon posterlər və kiçik çap nişanları
- 272000-dən çox sənədin mikrofilm nüsxəsi
- Qədim kitabların kolleksiyası
- Macarıstanda nəşr olunan ilk kitab, “Macarların tarixi” (mac. Chronica Hungarorum) adlı kitab 1473-cü ildə nəşr olunmuşdur.
- 1711-ci ildən əvvəl nəşr olunan 8.600 nüsxə əsər
- 1814 inkunabula, kitab nəşrinin yarandığı ilk əsrdən başlayaraq
- Macar dilində ən qədim mətn:
- Macarıstanın ilk mövcud poeması
- Macarıstanın ilk qanun kitabının qədim əlyazması
- I Matyaşın kitabxanasından qalan 35 kodeks
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20221226144622/https://www.cenl.org/member-libraries/.
- ↑ https://web.archive.org/web/20240228174552/https://mkke.hu/tagoknak/tagok_listaja.
- ↑ 1 2 "History of the Library". National Széchényi Library. 23 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 January 2017.
- ↑ "Semantic web - NektarWiki". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-06.
- ↑ "Tabula Hungariae". UNESCO Memory of the World Programme. 2008-05-16. 2016-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-15.