Milla Yovovic - Wikipedia
Militsa Boqdanovna Yovoviç (ing. Milica Bogdanovna Jovovich; 17 dekabr 1975[1][2], Kiyev[4]) — amerikalı aktrisa, model.[5]
Milla Yovoviç | |
---|---|
ing. Milla Jovovich | |
Doğum adı | Милиця Богданівна Йовович |
Doğum tarixi | 17 dekabr 1975[1][2] (48 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı |
|
Uşaqları | 3[3] (Ever Anderson daxil olmaqla) |
Anası | Qalina Yovoviç[d] |
Fəaliyyəti | kino aktrisası, model[d], müğənni, televiziya aktrisası, fotomodel[d], səsləndirmə aktrisası[d], icraçı prodüser[d], gitaraçı, mahnı yazarı[d], erotik model[d], kinorejissor |
Fəaliyyət illəri | 1988-ci ildən |
Boyu | 1,74 m |
IMDb | ID0000170 |
millaj.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Milla Ukraynanın Kiyev şəhərində anadan olub və uşaq yaşlarında Los-Ancelesə köçüb. O, modellik karyerasına 1987-ci ildə fotoqraf Herb Rits onu italyan jurnalının üz qabığı üçün çəkdirdikdən sonra başlayıb.[6][7] Milla gənc yaşlarında Riçard Avedon tərəfindən kosmetika şirkəti olan Revlonun "Dünyanın ən unudulmaz qadınları" reklamlarında çəkilib.[8] Milla Yovoviçin ilk rolu 1988-ci ildə "The Night Train to Kathmandu" adlı televiziya filmində olub. O, həmin il "Two Moon Junction" filmində çəkilib.
Milla Yovoviç 1991-ci ildə "Return to the Blue Lagoon" adlı romantik filmdəki çıxışı ilə məşhurlaşıb. Onun 15 yaşında olması izləyicilərin diqqətini çəkmişdi.[9] O, fransız rejissor Lük Bessonun 1997-ci ildə çəkdiyi elmi fantastika janrında olan "Beşinci Element" filmindəki performansına görə tanındı. Milla həmin il Bessonla ailə həyatı qurmuş, lakin tez bir zamanda boşanmışdır. O, 1999-cu ildə, Bessonun "The Messenger: The Story of Joan of Arc" filmində həm qəhrəman, həm də şəhid olan baş qəhrəmanı canlandırıb. Milla 2002-ci ildən 2016-cı ilə qədər "Resident Evil" film seriyasında Elis rolunda çəkilmişdir.[10][11]
İstedadlı sənətçi olan Milla Yovoviç 1994-cü ildə "The Divine Comedy" adlı ilk studiya albomunu buraxmışdır. Debüt albomunun uğurundan sonra o, 1998-ci ildə "The People Tree Sessions" adlı başqa bir albomunu dinləyicilərinə təqdim etmişdir. Milla 2003-cü ildə model Karmen Houk ilə əməkdaşlıq edərək "Jovovich–Hawk" adlı geyim xəttinin əsasını qoyub. Brend beş il aktiv qaldıqdan sonra 2008-ci ildə fəaliyyətini dayandırdı. Milla Yovoviç həmçinin "Creature Entertainment" adlı prodüser şirkətinin sahibidir.
Həyatı
redaktəMilla Yovoviç 17 dekabr 1975-ci ildə Ukrayna SSR-nin Kiyev şəhərində anadan olub.[12] Anası Qalina Yovoviç (Loqinova) rusiyalı aktrisa, atası Boqdan Yovoviç isə serbiyalı həkim olub.[13][14] Onun ana tərəfdən əcdadları Rusiyanın Tula şəhərindədirlər.[15] Milla uşaqlığının böyük hissəsini anasının doğma şəhəri olan Moskvada keçirib.[16][17] O, təsadüfən Ukraynada doğulduğunu deyib.[18] Milla Ukraynadakı ilk illərini yaxşı xatırlamadığını və Rusiya ilə bağlı daha çox parlaq xatirələrinin olduğunu bildirir.
Onun valideynləri Sovet İttifaqından Londona köçəndə Millanın cəmi beş yaşı var idi. Ailə daha sonra ABŞ-nin Sakramento şəhərinə yaşamağa gedir. Burada yeddi ay qaldıqdan sonra onlar Los-Ancelesdə məskunlaşdılar. Onun valideynləri bu şəhərə yeni gəlmiş boşanırlar. Millanın atası 1988-ci ildə argentinalı bir qadınla ailə həyatı qurur və bu evlilikdən Marko Yovoviç adlı oğlan uşağı dünyaya gəlir.[19][20] Millanın valideynləri ayrı olduğu üçün o, ögey qardaşını tez-tez görə bilmirdi.[21]
Los-Ancelesdə yaşayarkən onun anası dil bilmədiyi səbəbindən aktrisalıq işlərinə davam etməkdə çətinlik çəkirdi. Bu səbəbdən o, ailəsini dolandırmaq üçün ev təmizliyi ilə məşğul olub. Millanın valideynlərinin hər ikisi kinorejissor Brayan De Palma üçün aşpaz və xadimə kimi çalışırdılar.[22] Onun atası fırıldaqçılıqla məşğul olduğu üçün həbs edilir.[23] O, 1994-cü ildə 20 il həbs cəzası alır. Lakin o, cəmi 5 il cəza çəkdikdən sonra 1999-cu ildə azadlığa buraxılır.[24] Milla Yovoviç hesab edir ki, həbsxana ona müsbət təsir edib. "Çünki o, həbsxanada törətdiyi əməllərdən peşman olub, şəxsiyyətini inkişaf etdirib və daha yaxşı insan olub".
Milla Los-Ancelesdəki dövlət məktəblərinə getdi və cəmi üç ay ərzində tez bir zamanda ingilis dilində sərbəst danışmağı öyrəndi.[25] Məktəbdə oxuyarkən o, Sovet İttifaqından gəldiyi üçün zorbalığa məruz qalırdı. Sinif yoldaşları ona "kommi və rus cəsusu" deyərək ələ salırdılar. O, cəmiyyətə qarışmaqda çətinlik çəkdiyini demişdir.[26] Milla doqquz yaşından etibarən modellik etməyə başlamışdı. On iki yaşına çatanda o, modellik karyerasına diqqətini cəmləmək üçün yeddinci sinifdə məktəbi yarımçıq qoyur.[27] O, yeniyetmə yaşlarında tərbiyəsiz olduğunu və bəzi problemli fəaliyyətlərlə məşğul olduğunu etiraf etdi. O, narkotik istifadə edib, ticarət mərkəzlərində vandalizm aktlarında iştirak edib və hətta kredit kartı fırıldaqçılığı ilə də məşğul olmuşdur. Milla Yovoviç 1994-cü ildə 19 yaşında olarkən ABŞ vətəndaşlığını almışdır.[28]
Filmoqrafiya
redaktə- Return to the Blue Lagoon (1991)
- Chaplin (1992)
- The Fifth Element (1997)
- He Got Game (1998)
- The Messenger: The Story of Joan of Arc (1999)
- Zoolander (2001)
- Şər yuvası (2002)
- Şər yuvası: Qiyamət (2004)
- Ultraviolet (2006)
- Resident Evil: Extinction (2007)
- Stone (2010)
- Resident Evil: Afterlife (2010)
- Dirty Girl (2010)
- The Three Musketeers (2011)
- Resident Evil: Retribution (2012)
- Zoolander 2 (2016)
- Resident Evil: The Final Chapter (2016)
- Paradise Hills (2019)
- Hellboy (2019)
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Milla Jovovich // filmportal.de. 2005.
- ↑ 1 2 Milla Jovovich // Munzinger Personen (alm.).
- ↑ 1 2 #People Milla Jovovich welcomes third child (ing.). Dotdash Meredith, 2020. ed. size: 3556753; ed. size: 3425166 ISSN 0093-7673; 2169-2157; 0093-7673
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #130895326 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "Milla Jovovich Official Site". millaj.com. July 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 11, 2017.
- ↑ "Millaj: Purple Love". Purple magazine. MillaJ.com. 1990. August 7, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ Leon, Sarah. "Milla Jovovich Magazine Cover, 1987: A Look Back". The Huffington Post. October 19, 2011. April 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ Dolan, Maggie. "Milla Jovovich's Paper Covers, a Retrospective". Paper. December 17, 2013. July 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 9, 2015.
- ↑ "Milla Jovovich Filmography". MillaJ.com. December 4, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 28, 2013.
- ↑ "Resident Evil: Afterlife Back to 2010". ShockTilYouDrop.com. CraveOnline. January 11, 2010. June 12, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ Hopewell, John. "'Resident Evil' Franchise Set for a Reboot (EXCLUSIVE)". Variety. May 21, 2017. March 20, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2018.
- ↑ "Mila Jovović peva zanimljive pesme". Glas Javnosti (serb). July 7, 2000. July 27, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ "50 facts about Milla Jovovich: speaks fluent Russian, Serbian, and French". boomsbeat.com. June 26, 2015. February 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 12, 2016.
- ↑ The Newsroom. "Interview: Milla Jovovich – Milla's crossing". www.scotsman.com. August 7, 2009. October 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 6, 2021.
- ↑ Galina Loginova. Милла Йовович вернулась к режиссеру Андерсену (Müsahibə) (rus). Interviewed by Nadezhda Repina. Экспресс газета Online. December 2006. March 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2017. Expressing her disagreement with several newspapers that presented Jovovich as a "Ukrainian actress", her mother Galina says, "They may call us whatever they want. My parents are Russian, from Tula. Milla is half Russian, half Montenegrin. But, I think, she considers herself of Russian descent".
- ↑ Milla Jovovich. "Milla Jovovich" (Müsahibə). Interviewed by Olivier Zahm. Purple. 2009. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2017.
- ↑ "I'm Russian: everything will set me off!". Sunderland Echo (ingilis). February 1, 2017. January 4, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 3, 2018.
- ↑ Milla Jovovich. "Интервью c Миллой Йовович для октябрьского Vogue UA" (Müsahibə) (rus). Interviewed by Darya Slobodyanik. Vogue. October 2016. March 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 24, 2017.
- ↑ Milla Jovovich. "Milla Jovovich". Gallery (Müsahibə). Interviewed by J. Rentilly. July 2002. October 2, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ "Frequently Asked Questions". millaj.com. April 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ "Milla Jovovich". E!. December 15, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 28, 2007.
- ↑ Wang, Jen. "Thoroughly Modern Milla". California Style. July 14, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ "2 Are Ordered to Pay $185 Million in Health Insurance Fraud". The New York Times (ingilis) (September 29, 1994). The Associated Press. September 29, 1994. səh. 31.
- ↑ Paperny, Vladimir. "Honest Milla". Vogue (Russia). May 2000. April 1, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 19, 2007.
- ↑ Eaton, Anne. "Dressed to Kill". Star. March 1988. July 14, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ Cushing, Colin. "Just Milla, please". 1996. July 14, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ Milla Jovovich. "Jovovich, Milla – supermodel, actress, singer, songwriter". The Celebrity Cafe (Müsahibə). Interviewed by Dominick A. Miserandino. 1994. July 20, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.
- ↑ Tyer, Brad. "Milla in 3-D". Houston Press. December 15, 1994. April 2, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 15, 2013.