Millet Azerbaycan Qezeti - Wikipedia
Millət_(Azərbaycan_qəzeti) - Haqqında Məlumat
Millət qəzeti — 1990-cı illərin əvvəllərində oxucular arasında populyar olmuş qəzet.
Millət | |
---|---|
Sahibi | Etibar Məmmədov |
Yaranma tarixi | 1990 |
Siyasi mənsubiyyət | Azərbaycan Milli İstiqlal Partiyası |
Nəşrini dayandırıb | 2004 |
Tarixi
redaktə"Millət" ilk vaxtlar Zəfər Ünalın baş redaktorluğu ilə nəşr olunurdu, sonralar qəzetin rəhbərliyində dəyişiklik oldu.
"Millət" Azərbaycan Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qəzeti idi.
"Millət" 2004-cü ilin ortalarında maliyyə problemlərinə görə fəaliyyətini dayandırdı.
2009-cu ilin ortalarında "Millət" qəzeti fəaliyyətini elektron formada bərpa edib. Qəzetin baş redaktoru Əli Orucov o zaman hədəflərinin tərəfsiz media orqanı kimi fəaliyyət göstərmək olduğunu demişdi.Millət qəzeti fəaliyyətini hal-hazırda elektron formada davam etdirir…[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycanda nəşri dayanmış maraqlı və populyar qəzetlər" (az.). musavat.com. 22.07.2014. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.