Mikola Bajan - Wikipedia
Mikola Platonoviç Bajan (ukr. Микола Платонович Бажан, 26 sentyabr (9 oktyabr) 1904, Kamenets-Podolski – 23 noyabr 1983[1], Kiyev) —Ukrayna şairi, 1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı .
Mikola Bajan | |
---|---|
ukr. Микола Платонович Бажан | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Ukrayna şairi |
Fəaliyyət illəri | 1924-cü ildən |
Əsərlərinin dili | ukrayn dili |
İstiqamət | futurizm, sosialist realizmi |
Janrlar | şeir |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMikolo Bajan Platonoviç 1904-cü il 9 oktyabr tarixində Ukraynanın Kamenets- Polodski şəhərində anadan olmuşdur.
1951-ci ildə Ukrayna SSR Elmlər Akademiyasının üzvü, 1946–1949-cu illərdə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1974-cü ildə Sosalist Əməyi Qəhrəmanı adını almışdır.
"On yeddinci patrul" adlı ilk şeir kitabı 1923-cü ildə nəşr edilmişdir. Böyük Vətən müharibəsi illərində Mikolo Bajan işğal edilmiş vilayətlərin əhalisi üçün buraxılan "Za Padyansku Ukrainu" (Sovet Ukraynası uğrunda) qəzetinin redaktoru olmuşdur. Müharibə illəri və ondan sonrakı illərdəki yaradıcılığının əsas mövzusu xalqlar dostluğu, sülh uğrunda mübarizədir.
Mikolo Bajan Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Ə. Nəvainin "Fərhad və Şirin" poemalarını, A. S. Puşkinin, B. B. Mayakovskinin, A. Mistkeviçin əsərlərini ukrayna dilinə tərcümə etmişdir.
1978-ci ildən Ukrayna Sovet Ensiklopediyasının baş redaktoru, SSRİ Ali Sovetinin deputatı olmuşdur.
23 noyabr 1983-cü ildə vəfat etmişdir.
Mükafatı
redaktə- Beş dəfə Lenin ordeni (31.01.1939; 09.10.1954; 24.11.1960; 08.10.1964; 27. sentyabr 1974)
- Sosialist Əməyi Qəhrəmanı (27. sentyabr 1974)
- "Oktyabr inqilabı" ordeni (2. iyul 1971)
- "Qırmızı bayraq" ordeni (1. aprel 1943)
- və bir çox orden və medallarla təltif olunub.
İstinadlar
redaktə- ↑ The Fine Art Archive. 2003.