Mikela Pac - Wikipedia
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır.[1][2] Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur.[3]
Mikela Paç | |
---|---|
malta Michela Pace | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 yanvar 2001 (23 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Malta |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2017–h.h. |
Janr | |
Musiqi aləti | vokal |
Albom şirkəti | Sony Music Italy |
Vikianbarda əlaqəli mediafayllar |
Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Diskoqrafiya
redaktəSinqllar
redaktəMahnı adı | İl |
---|---|
"Chameleon" | 2019 |
İstinadlar
redaktə- ↑ "Michaela Pace wins grand final of X Factor Malta and will represent Malta at Eurovision 2019". Wiwibloggs. 26 yanvar 2019. 2020-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
- ↑ "Malta: Michela Pace to Eurovision 2019". Eurovoix. 26 yanvar 2019. 2019-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2019.
- ↑ "Malta: Michela Pace to Sing "Chameleon" at Eurovision 2019". Eurovoix. 10 mart 2019. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
Əvvəlki: Kristabel Borq "Taboo" |
Malta Avroviziya Mahnı Müsabiqəsində 2019 |
Sonrakı: — |