Microsoft Teams - Wikipedia
Microsoft Teams — işgüzar söhbətlər, iclaslar, qeydlər və əlavələrinizi birləşdirən platforma. Microsoft tərəfindən "Slack"a rəqib olaraq hazırlanıb və 2016-cı ilin noyabrında rəsmi olaraq buraxılıb.[5][6]
Microsoft Teams | |
---|---|
Tipi | onlayn xidmət[d] |
Tərtibatçı | Microsoft |
Əməliyyat sistemi | Microsoft Windows, macOS, iOS, Android |
İnterfeysin dili | ingilis dili, Alban dili, Akan dili, ərəb dili, Azərbaycan dili, Bask dili, katalan dili, xorvat dili, çex dili, Danimarka dili, niderland dili, Eston dili, Filippin dili, fin dili, fransız dili, Qalisiya dili, alman dili, Hind dili, Macar dili, İsland dili, İndoneziya dili, italyan dili, yapon dili, koreya dili, Latış dili, Litva dili, Bukmol, Nyunorsk, polyak dili, portuqal dili, rus dili, serbcə, sadələşdirilmiş Çin dili[d], Slovak dili, Sloven dili, ispan dili, isveç dili, Tay dili, klassik Çin dili, türk dili, Vyetnam dili, Vall dili, yunan dili |
Yayımlanma tarixi | noyabr 2016 |
Platforma | Microsoft Windows |
Sonuncu versiya | |
Sayt | teams.microsoft.com |
Vikianbarda əlaqəli mediafayllar |
Microsoft Teams komandalar, siniflər və ya qruplar üçün faylları bölüşmək, danışmaq və əməkdaşlıq etmək üçün bir platformadır. Mətn söhbəti ilə yanaşı, video zəng və ekran paylaşımı da etmək münkündür. Hal-hazırda Microsoft Teams-ın 44 milyondan çox istifadəçisi var.
Xüsusiyyətləri
redaktəMicrosoft Teams Office 365-də komanda söhbətləri, zənglər, iclaslar və xüsusi mesajlar üçün söhbət platformasıdır. Microsoft Teams genişlədilə bilən və özəlləşdirilə bilən olmağının yanında həm də, qurumunuzun ən həssas iş birliklərini gizli qalmağını təşkil etməyə istiqamətlənmiş təhlükəsizlik xüsusiyyətlərini və standartları qarşılayır. Microsoft Teams-ə fiziki məhdudiyyətili adamlar üçün, xüsusi olaraq və ya komandalarda söhbət etməyi asanlaşdıran xüsusiyyətlər daxildir. Bir komanda içində çoxlu söhbət qrupları və ya kanalları yaradıla bilər. İstifadəçilərin üz-üzə görüşməya ehtiyac duymaları vəziyyətində tək bir tıxlama ilə digər kanal üzvlərinə birbaşa Skype səsli və ya görüntülü zəng etmək mümkündür.[7]
İstifadəsi
redaktəMicrosoft Teamsda bir komanda içində paylaşılan sənədlər, elektronik cədvəllər, təqdimatlar və bənzərləri, Microsoftun OneDrive bulud anbarında və yerli bir SharePoint mühitində saxlanılan bir kopyayla sinxron edilir və beləliklə hər komanda üzvünun hər zaman ən yeni versiyaya girişi olur. Bu paylaşılan sənədlərin birlikdə işləməsidə də mümkündür.[8]
Microsoft Teams proqramının sol gəzinmə çubuğunda Fəaliyyət, Söhbət, Komandalar, Mesajlar və Sənədlər üçün bölmələr olur. Slack kimi adının birbaşa göstərilməsi vəziyyətində diqqətini çəkən mesajın yanında istifadəçi qırmızı bir bayraq və ya nida işarəsi alır.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Android: Version 1416/1.0.0.2023213504 Updated on Nov 21, 2023. 2023.
- ↑ iOS: Version History 5.22.0; Dec 2, 2023. 2023.
- ↑ Mac version history: 1.6.00.33757; December 05, 2023. 2023.
- ↑ https://learn.microsoft.com/en-us/officeupdates/teams-app-versioning.
- ↑ "Arxivlənmiş surət". 2021-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- ↑ "Arxivlənmiş surət". 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- ↑ "Arxivlənmiş surət". 2019-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- ↑ "Arxivlənmiş surət". 2020-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.